“Quba-Xaçmaz regionunda davamlı qadın mikrosahibkarlığının inkişafını stimullaşdırmaq” adlı  layihənin
yekununa həsr edilmiş 
seminar
15 mart 2019

15 mart, 2019-cu il tarixində  Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) tərəfindən təsis edilmiş “ Finance and Social İnnovation Consulting” MMC  (FSİC) tərəfindən həyata keçirilən, İsveçrə Əməkdaşlıq Ofisi (SCO) tərəfindən maliyyələşdirilən və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının “Quba-Xaçmaz regionunda davamlı qadın mikrosahibkarlığının inkişafını stimullaşdırmaq” adlı  layihəsinin yekununa həsr edilmiş  seminar keçirilmişdir.
Layihənin əsas məqsədi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin nəznində fəaliyyət göstərən və Xaçmaz rayonunda yerləşən Qadın biznes inkubatorunun imkanlarından istifadə edərək  regionda qadınlar arasında özünəməşğulluğu stimullaşdırmaq  və AQSİA –nın institutional inkişafını dəstəkləmək olmuşdur.
Layihə çərçivəsində  maraqlı biznes  planları qiymətləndirilərək seçilmiş  12 nəfər xanıma FSİC tərəfindən  korporativ sosial məsuliyyət təşəbbüsləri çərçivəsində lazımi avadanlıq və xammal alınmasına köməklik edilmişdir. Layihədə iştirak edən xanımların başladıqları bizneslərinin dayanıqlılığını təmin etmək, bilik və bacarıqlarını daha da artırmaq üçün onların layihə partnyoru olan  Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasına (AQSİA) üzvlüyü tövsiyyə olunmuşdur. Layihə iştirakçıları tövsiyyələrə uyğun Assosiasiyanın üzvləri sıralarına qoşulmaq üçün ərizə ilə müraciət etmişlər və AQSİ-nın rəhbərliyi tərəfindən müsbət  qarşılanaraq onların inkişafı üçün lazımi dəstəyin göstəriləcəyi bildirilmişdir. Assosiasiyanın sədri xanım Səkinə Babayeva gələcəkdə regionlarda bu qəbildən olan xanımları bir-biri ilə əlaqələndirilməsini və digər xanımların da onların vasitəsilə təlimləndirərək müəyyən peşələrə yiyələnməsinə dəstəyin verilməsində assosiasiyanın əsas vəzifələrindən biri kimi qiymətləndirmişdir. Bu region xanımlarının daha da gücləndirilməsinə və onların bizneslərinin dəyər zənciri yaradılaraq inkişafına və genişləndirilməsinə imkan yaradacaq.
Seminarda Azərbaycan Mikromaliyyə Assosiasiyasının icraçı direktoru xanım Jalə Hacıyeva, İdarə Heyətinin sədri cənab Süleyman Kələşov, Azərbaycan Respublikası Ailə Qadın və Uşaq problemləri üzrə Dövlət komitəsinin sədr müavini xanım  Sədaqət Qəhrəmanova,  İqtisadiyyat Nazirinin müavini cənab Sahib Məmmədov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Idarə Heyəti sədrinin müavini cənab Nadir Adilov, Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının Sədri xanım Səkinə Babayeva açılış nitqi ilə çıxış etmişdilər.

Layihə çərçivəsində  İsveçrə Əməkdaşlıq Ofisi-nin regional Direktor Müavini və həmçinin İsveçrə səfirliyinin Missiya rəhbərinin müavinin xanım Simone Haeberli,  İsveçrə Əməkdaşlıq Ofisinin Cənubi Qafqaz  üzrə milli nümayəndəsi Zahir Əhmədov, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri Səkinə Babayeva, AMFA-nın icraçı direktoru Jalə Hacıyeva və FSİC-in direktoru Vüsalə Qarayeva layihədən yararlanan  xanımların biznesinə bir neçə dəfə  səfər  edərək onlarla yaxından tanış olmuş və alınan avadanlıq və xammala baxış keçirmişlər.
Xaçmaz qadınlarının əl işləri və sərf etdiyi əmək seminar iştirakçılarını heyrətləndirmiş və Azərbaycan qadının işgüzar və əməksevən olduğunu sərgiləmişdilər. Qadınlardan biri Allahverdiyeva Samirə bildirmişdir  “ Mən 13 ildir fəaliyyət göstərirəm ancaq qazandığım pulla qüclə ailəmi dolandıra bilirdim. Əl işlərimi tikmək üçün professional tikiş maşınına və xammala çox ehtiyacım vardı. Sifarişlərim çox olsa da xammal qıtlığından və tikiş maşınımın köhnə olması səbəbindən  bu işdən kifayət qədər pul qazana bilmirdim. Çox sevinirəm ki, bu layihədən yararlananlar sırasında mən də varam. Bu köməkliyi etməklə sanki mənə dünyaları bəxş etdiniz. Təlimlərdən öyrəndiklərim isə mənə ailə və biznes xərclərimin düzgün idarəetməyə kömək edir.Bir daha bütün layihə tərəfdaşlarına dərin minnətdarlığımı bildirirəm”. Digər iştirakçı Burlaxatun Məmmədova “Mən layihə çərçivəsində alınan avadanlıq və xammalla çoxlu pul qazanaraq biznesimi genişləndirməklə  Bakıya getməyi və bacımı rəssamlıq üzrə oxutmağı planlaşdırıram. Bu imkanı mənə yaratdığı üçün  layihə komandasına dərin təşəkkürümü bildirirəm”.
Tədbirin sonunda Layihənin tədbirdə iştirak edən benefisiarları layihə haqqında fikirləini bölüşmüş və təşkilatçılara öz minnətdarlıqlarını bildirmişlər.Bundan başqa Layihə haqqında çəkilmiş video film nümayiş etdirilmiş və benefisiarların əl işləri qonaqlara hədiyyə olaraq təqdim edilmişdir.

Yorumlar

Bu blogdaki popüler yayınlar

"Agro Mall” ticarət mərkəzində iş yarmarkası