Kayıtlar

Ocak, 2019 tarihine ait yayınlar gösteriliyor

Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasına dair konfrans

Resim
Dünən Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfrans keçirilib. Konfransda Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri eyni zamanda Bakı Tekstil Fabriki MMC-nin direktoru Səkinə Babayeva da iştirak edib.  Prezident İlham Əliyev giriş nitqi zamanı bildirib ki, çətinliklərə baxmayaraq, 2016-cı ildə Azərbaycan iqtisadiyyatı inkişaf edib və bütün əsas vəzifələr icra olunub.       İqtisadiyyatın əsas göstəriciləri müsbətdir. Dövlət başçısı əlavə edib ki, kənd təsərrüfatı 2,6 faiz, ölkənin qeyri-neft sənayesi isə 5 dəfə artıb. Dünyada neftin qiymətinin üç-dörd dəfə aşağı düşməsinə baxmayaraq, əvvəlki illərdə görülmüş işlər və keçən il aparılan dərin islahatlar nəticəsində bu inkişafı təmin etmək mümkün olub.  Prezident İlham Əliyev bildirib ki, Neft Fondunun valyuta ehtiyatları qorunub: «Hesab edirəm ki, bu da çox

ASK rəyasət heyətinin 26 saylı iclası

Resim
ASK rəyasət heyətinin üzvü eyni zamanda AQSİA-nın İdarə Heyətinin sədri Səkinə Babayeva iclasda iştirak edib. İclasda, ASK-nın, 1. 2019-cu il İş Planı 2. 2019-cu il Büdcəsi 3. Müraciət etmiş sahibkarların üzvlüyə qəbulu 4. Regional nümayəndəliklərin təşkili 5. 20 illiyinin keçirilməsi 6. "Milli Mühasiblər Forumu" ictimai Birliyinin təsis edilməsi kimi mövzular müzakirə olunmuşdur. İclasda Səkinə Babayeva, 1. Qadın sahibkarlığın inkişafı, 2. Evdə məşğulluğun artırılması, 3. Pay torpaqlarının özəlləşdirmə sənədinin olmaması, 4. Azərbaycanda qadınlar arasında, investisiya mühitinin yumşaldılması üçün təlim işlərinin aparılması kimi mövzuları gündəmə gətirmişdir. Güc Qadın Birliyindədir !

Azərbaycan-Rusiya İşgüzar Şurasının ümumi iclası

Resim
Kənd təsərrüfatı, sənaye, tikinti, nəqliyyat, neft və iqtisadiyyatın digər sahələrində fəaliyyət göstərən 100-dən çox biznes struktur və təşkilat nümayəndələrinin iştirakı ilə Azərbaycan-Rusiya İşgüzar Şurasının ümumi iclası keçirilib. İclasda AQSİA-nın İdarə Heyətinin sədri və Bakı Tekstil Fabriki MMC-nin direktoru Səkinə Babayeva və AQSİA-nın Beynəlxalq Əlaqələr şöbəsinin rəhbəri eyni zamanda  Naigin K Tovuz Baltika MMC-nin icraçı direktoru Günel Məmmədhəsənova da iştirak ediblər. Iclası İşgüzar Şuranın idarə heyətinin sədri Səməd Qurbanov açaraq ötən il ərzində təşkilatın fəaliyyətinin yüksək aktivliyini və müsbət nəticələrini qeyd edib. S.Qurbanov cari ildə Azərbaycan-Rusiya İşgüzar Şurasının iki ölkənin işgüzar dairələri arasında əməkdaşlığın inkişafı üçün mövcud potensialı maksimal səviyyədə istifadə etmək niyyətində olduğunu vurğulayıb. İclas inzibati məsələlərin müzakirəsi ilə davam edib. Səsvermə zamanı "Logistika", "Qida məhsulları və kənd təsə

Erkən nikaha qarşı mübarizə və onun fəsadları

Resim
“Erkən nikaha qarşı mübarizə və onun fəsadları” mövzusunda maarifləndirici seminar keçirildi  Azərbaycanda Qadın Sahibkarlığının İnkişafi Assosiasiyası (AQSİA) və AQSİA-nin Sosial İş Komissiyasının Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçirdiyi “Erkən nikaha qarşı mübarizə və onun fəsadları” mövzusunda maarifləndirici seminar keçirilib. İlkin olaraq dəyirmi masa ətrafında mərkəzdə tədris olunan ixtisaslar, təhsil alanların maraq dairəsi haqqında müzakirələr aparılıb.Yaxın gələcəkdə sağlamlıq imkanı məhdud olan gənclərlə bərabər digər peşə təhsili müəssisələrinin əl işlərinin Respublika səviyyəsində keçirilən dəfilə və sərgilərdə nümayişi, tələbələrə həvəsləndirici mükafatların verilməsi və onların gələcək məşğulluq fəaliyyətlərinin təmin olunması planlaşdırılıb. Görüşün davamı Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin akt zalında beynəlxalq statuslu təlimçi-ekspert Nəzakət Balabəyova tərəfindən keçirilib. Görüşdə  Azərbaycand

Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Asossasiyası İctimai Birliyi (ANİİA) və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) arasında əməkdaşlıq haqqında Anlaşma Memorandum

Resim
AQSIA Idarə Heyətinin sədri Səkinə Babayeva, AZPROMO-nun dəstəyi ilə Bakı Biznes Mərkəzində keçirilən  Azərbaycan Nar İstehsalçıları və İxracatçılarının IV Ümumrespublika yığıncağında iştirak etmişdir.  25.01.2019-cu il tarixində ANIIA və Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) arasında Kənd təsərrüfatı və emal sahələri üzrə birgə təlim, maarifləndirmə, təşviq işləri və digər tədbirlərin həyata keçirilməsi; Kənd təsərrüfatı sahəsində qadınlar arasında məşğulluğun artırılması məqsədi ilə praktik tədbirlərin hazırlığının keçirilməsi; Assosiasaların təşkilatçılığı ilə Azərbaycan müxtəlif rayonlarında kənd təsərrüfatı müxtəlif aspektlərinə dair keçiriləcək təlimlərə qadın sahibkarlarının cəlb edilməsi; Fərdi şəkildə incəsənət və əl işləri ilə məşğul olan, kənd təsərrüfatı məhsulları emalını həyata keçirən qadın sahibkarları ilə birgə keçiriləcək sərgi və yarmarka tipli tədbirlərə qatılmasının təşviqi istiqamətlərində əməkdaşlıq haqqında anlaşma memorandu

FAO AZƏRBAYCAN TƏRƏFDAŞLIQ PROQRAMININ AÇILIŞ MƏRASİMİ

Resim
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə Azərbaycan arasında Tərəfdaşlıq Proqramının (FATP) açılış mərasimi keçirilib. Mərasimdə çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, Azərbaycan ilə FAO arasında imzalanmış Tərəfdaşlıq Proqramı ölkəmizlə beynəlxalq təşkilat arasında əməkdaşlıq əlaqələrinin yeni bir mərhələyə qədəm qoymasına imkan verib. Bu Proqram çərçivəsində Azərbaycan yalnız benefisiar kimi deyil, eyni zamanda donor ölkə kimi layihələrin maliyyələşdirilməsini həyata keçirən ölkələrdən birinə çevrilib. Nazir bildirib ki, belə əməkdaşlıq modeli FAO-nun digər üzv ölkələri üçün də müsbət bir nümunəyə çevrilə bilər. İnam Kərimov əlavə edib ki, 1995-2018-ci illərdə FAO ilə birlikdə 53-ə yaxın layihə həyata keçirilib, hal-hazırda 6 layihənin icrası davam etdirilir, 4 layihənin isə yaxın müddət ərzində icrasına başlanacağı gözlənilir. Layihələr əsasən toxumçuluq, heyvandarlıqda məhsuldarlığın artırılması, damazlıq işinin yaxşılaşdırılması, fitosanit

Qadın Sahibkarların Güzəştli Maliyyə Resurslarına Çıxışlarının Dəstəklənməsi

Resim
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Sahibkarlığın İnkişafı Fondunun dəstəyi və Azərbaycanda Qadın Sahibkarlığın İnkişafı Assosasiyasının (AQSİA) təşəbbüsü ilə Bakı Biznes mərkəzində “Qadın Sahibkarların Güzəştli Maliyyə Resurslarına Çıxışlarının Dəstəklənməsi” mövzusunda işgüzar görüş və qadınların əl işlərindən ibarət sərgi keçirilib. AQSİA-nın mətbuat xidmətinin məlumatına görə,  əsas məqsədi qadın sahibkarların işgüzar fəallığının artırılması, fəaliyyət istiqamətləri üzrə maliyyə ehtiyaclarının öyrənilməsi, güzəştli maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, yeni texnologiyaların tətbiqinin stimullaşdırılması, biznes fəaliyyətinin perspektivləri üzrə müvafiq maarifləndirmə işlərinin aparılması, qarşılıqlı dialoq əsasında işgüzar əlaqələrin qurulması olan tədbirdə 250-dən çox şəxs iştirak edib. Mərasimdə çıxış edən İqtisadiyat nazirinin müavini cənab Sahib Məmmədov ölkəmizdə sahibkarlara yaradılan dövlət dəstəyindən bəhs edib, bildirib ki, Azərbay