Erkən nikaha qarşı mübarizə və onun fəsadları

“Erkən nikaha qarşı mübarizə və onun fəsadları” mövzusunda maarifləndirici seminar keçirildi 
Azərbaycanda Qadın Sahibkarlığının İnkişafi Assosiasiyası (AQSİA) və AQSİA-nin Sosial İş Komissiyasının Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçirdiyi “Erkən nikaha qarşı mübarizə və onun fəsadları” mövzusunda maarifləndirici seminar keçirilib.
İlkin olaraq dəyirmi masa ətrafında mərkəzdə tədris olunan ixtisaslar, təhsil alanların maraq dairəsi haqqında müzakirələr aparılıb.Yaxın gələcəkdə sağlamlıq imkanı məhdud olan gənclərlə bərabər digər peşə təhsili müəssisələrinin əl işlərinin Respublika səviyyəsində keçirilən dəfilə və sərgilərdə nümayişi, tələbələrə həvəsləndirici mükafatların verilməsi və onların gələcək məşğulluq fəaliyyətlərinin təmin olunması planlaşdırılıb.
Görüşün davamı Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin akt zalında beynəlxalq statuslu təlimçi-ekspert Nəzakət Balabəyova tərəfindən keçirilib. Görüşdə  Azərbaycanda Qadın Sahibkarlığının İnkişafi Assosiasiyasının Sosial İş Komissiyasının rəhbəri Gülnarə Xəlilova və AQSİA-nin Sosial İş Komissiyasınn üzvləri istirak ediblər. 
Qeyd olunub ki, Azərbaycanda nikah yaşı 18-dir. Erkən evliliyə həm qızlar, həm də oğlanlar cəlb edilir. Qızlar daha çox erkən evliliyə cəlb olunur. Erkən evlilikdə valideynlərin rolu böyükdür. Onlar övladlarının gələcəyini düşünmürlər. Elə hesab edirlər ki, ailə qurmaqla işlərini tamamlamış olurlar. Sonradan isə əksəriyyəti acı nəticələrlə qarşılaşır. Erkən evliliyə təhrik olunanlar çox ciddi sağlamlıq problemlərinə məruz qalır. Hətta bəzən ana və körpə ölümünə səbəb olur. Çünki bu yaşda olan qızlar nə psixoloji, nə də fizioloji cəhətdən ana olmağa hazır deyillər. Ümumiyyətlə erkən qurulan ailələrdə nikahın pozulması, xəstə uşaqların dünyaya gətirilməsi, məişət zorakılığı, fiziki-psixoloji çətinliklər kimi hallar daha çox müşahidə olunur.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, modelyer-dizayener Gülnarə Xəlilova görüş iştirakçılarına AQSİA-nın sədri Səkinə Babayevanın salamlarını çatdırıb və vurğulayıb ki, təşkilatin əsas məqsədi qadın sahibkarlığının inkişafına dəstək olmaq, onlar üçün yeni imkanlar yaratmaqdan ibarətdir.  O, çıxışı zamanı  “tikişçi “ ixtisası üzrə təhsil alan sağlamlıq imkanı məhdud olan gənclərə dəstək olacağını, onların gələcəkdə seçdikləri ixtisas üzrə mükəmməl peşəyə yiyələnmələri üçün Respublika sərgiləri və dəfilələrində iştiraklarını himayə edəcəyini qeyd edib. Həmçinin bildirib ki, rəhbərlik etdiyi AQSİA-nin Sosial İş Komissiyasının fəaliyyəti məhz Peşə Təhsil Müəssisələri ilə işgüzar əməkdaşlığı və innovativ layihələrin həyata keçirilməsini nəzərdə tutur.
Tədbir iştirakçıları mərkəzdə təhsil alanların əl işləri nümayiş olunan sərgi ilə də tanış olublar.












Yorumlar

Bu blogdaki popüler yayınlar

"Agro Mall” ticarət mərkəzində iş yarmarkası

Turizm və Otelçilik