Sosial Sahibkarlıq Seminarı








9-11 iyul tarixində Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının təşəbbüsü GİZ Beynəlxalq Alman təşkilatının dəstəyi ilə Park İnn otelində “Sosial Sahibkarlıq” üzrə seminar təşkil olunub.
20 iştirakçının qatıldığı seminar, Almaniyadan gələn peşekar təlimçi Sönke Burkert tərəfindən verildi.
Təlimin əsas məqsədi, sosial sahibkarlığın  quruluşu, sosial sahibkarlığın qarşısında duran çətinliklər, digər sahibkarlıq subyektlərindən sosial sahibkarlığın fərqi barədə məlumatlılığı təmin etməkdir.
3 gün davam edən təlim nəticəsində iştirakçılar, Dayanıqlı İnkişaf Məqsədləri (DİM), Sosial sahibkarlıq, Kanvas biznes modeli kimi mövzular haqqında məlumatlar verildi.
Seminarın sonunda iştirakçılar sertifikat ilə təltif olundular.

Yorumlar

Bu blogdaki popüler yayınlar

“Dayanıqlı İnkişaf Məqsədlərinin icrasında özəl şirkətlərin rolu” mövzusunda tədbir keçirilib

Azərbaycan Sahibkarlar Konfederasiyasının dəstəyilə mayın 20-də “Fairmont Baku” mehmanxanasında “Məhkəmə-hüquq islahatlarının əsas istiqamətlərinin sahibkarlarla ictimai müzakirəsi” mövzusunda tədbir keçirilib.