Bakıda ilk dəfə olaraq Qadın Sosial Sahibkarlıq Forumu keçirilib

 

Mayın 6-da Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi, Azərbaycanda


Qadın Sahibkarlığının İnkişafı Assosiyası və “Education HUB”ın təşkilatçılığı ilə Qadın Sosial Sahibkarlıq Forumu keçirilib.
Azərbaycanda sosial sahibkarlığın təşviq olunması, bu sahədə məlumatlılığın artırılması və beynəlxalq təcrübənin öyrənilməsi məqəsdilə təşkil olunmuş tədbirdə aidiyyəti dövlət qurumlarının, beynəlxalq təşkilatların nümayəndələri, eləcə də bir sıra xarici ekspertlər iştirak ediblər. 
Tədbirdə çıxış edən İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov ölkəmizdə sahibkarlığın, xüsusən qadın sahibkarlığın inkişafı istiqamətində görülən işlər barədə məlumat verib. Hazırda qadınlar iqtisadiyyatın müxtəlif sahələrində çalışır və uğurları ilə bu sahəyə töhfə verirlər. Onların işgüzar fəallığının daha da artırılması üçün stimullaşdırıcı və təşviqedici tədbirlər görülür. Qadınların sahibkarlıq fəaliyyətinə cəlb olunması üçün treninqlərin təşkili, biznes sahələri yaratması üçün güzəştli kreditlərin verilməsi, evdar qadınların sahibkarlığa cəlb olunması bu tədbirlərdəndir. Bunun nəticəsidir ki, son illər qadın sahibkarların sayı əhəmiyyətli dərəcədə artıb. İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən 4200-dən çox qadın sahibkara  109,1 milyon manat güzəştli kredit verilib.
 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədr müavini Nadir Adilov və Azərbaycanda Qadın Sahibkarlığın İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva ölkəmizdə sahibkarlığın inkişafı, bu sahədə həyata keçirilən tədbirlər barədə məlumat verib, təmsil etdikləri qurumların sosial sahibkarlığın təşviqi və inkişafı istiqamətində reallaşdırdığı tədbirləri və layihələri diqqətə çatdırıblar.
Sonra “Education HUB”ın əməkdaşları tərəfindən hazırlanmış Azərbaycanda sosial sahibkarlıqla bağlı təqdimat keçirilib.
Forum işini panel iclaslarla davam etdirib. İclaslarda Qazaxıstan, Gürcüstan və ABŞ-dan olan ekspertlər öz ölkələrində sosial sahibkarlığın əhəmiyyəti, əldə etdikləri nailiyyətləri forum iştirakçıları ilə bölüşüblər.

Yorumlar

Bu blogdaki popüler yayınlar

"Agro Mall” ticarət mərkəzində iş yarmarkası

Turizm və Otelçilik