Kayıtlar

Mayıs, 2019 tarihine ait yayınlar gösteriliyor

Marketingin İdarə Olunması

Resim
25 may tarixində, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası tərəfindən xanımlar üçün ödənişsiz marketing təlimi təşkil olundu. 25 nəfərin iştirak etdiyi təlim, Media Marketing şirkətinin nümayəndəsi Alxan Xələfov tərəfindən keçirildi. Təlimdə iştirkçılara marketing,  swo t analizi, qiymət siyasəti, brendinq, strategiya, reklam və internet marketing haqqında məlumatlar verildi. Təlimin sonunda hər bir iştirakçıya sertifikat təqdim olundu. Qeyd edək ki, təlimin baş tutması üçün bizə dəstək olan, Ulduz Şokolad Fabriki, Xonça Şirniyyat Evi və Adeste groupa təşəkkür edirik.

“Karvan L Eko” MMC Ağstafa rayonunda yerləşən istixanasında Azərbaycanda ilk dəfə qara pomidor yetişdirməyə başlayıb.

Hazırda şirkət pomidorun “Mont” və “Pink Paradise” sortlarını yetişdirir.  Qara rəngi ilə seçilən pomidor kateqoriyasina aid olan “Mont” sortu özünəməxsus dadı ilə bütün dünyada məşhurdur. Qara pomidorda şəkərin miqdarı yüksək olub, dad keyfiyyəti şəkər-turşu nisbətində harmoniya təşkil edir. Yuxarıda qeyd edilən müsbət xüsusiyyətlərinə əlavə olaraq, antosianlar immun sisteminin fəaliyyətini sürətləndirir, qan damarlarını gücləndirir və bədəndəki şişkinlikləri azaldır. Şirkət qara pomidorun 1 kiloqramını 5 manata təklif edir. “Karvan L Eko” MMC- nin Ağstafa rayonunda yerləşən istixanasında becərilən məhsullar orqanik şəraitdə və bu sahədə qəbul olunmuş qaydalar əsasında yetişdirilir. Əkin üçün seçilmiş torpaqlar şirkətin laboratoriyasında analiz edilir və tam aqrokimyəvi göstəricilərə uyğundur. Yetişdirilən məhsullar dağ suyu ilə suvarılır. Bitkiləri tozlandırmaq üçün arılardan istifadə olunur. Bitkilərin qidalı mühitdə yetişməsi üçün torpaq davamlı olaraq təbii gübrələrlə

Azərbaycan Sahibkarlar Konfederasiyasının dəstəyilə mayın 20-də “Fairmont Baku” mehmanxanasında “Məhkəmə-hüquq islahatlarının əsas istiqamətlərinin sahibkarlarla ictimai müzakirəsi” mövzusunda tədbir keçirilib.

Resim
Müzakirələrdə Azərbaycanın birinci vitse-prezidentinin köməkçisi Gündüz Kərimov, Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin sektor müdiri Vüsal İsayev, Ali Məhkəmənin səlahiyyətli şəxsləri,  Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva  və sahibkarlar iştirak ediblər. Tədbiri giriş nitqi ilə açan Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev bildirib ki, “Məhkəmə hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 3 aprel 2019-cu il tarixli Fərmanı Azərbaycanın məhkəmə hüquq sistemində islahatların dərinləşdirilməsi məqsədi daşıyır. Çünki islahatlar davam edir və yeni iqtisadi formasiyaya keçid bu islahatların daha dərin aparılmasını zəruri edir. “Xatırladım ki, Azərbaycanda hüquqi dövlət quruculuğu Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəldiyi ilk illərdən başlayıb və 1995-ci il 1

“Dayanıqlı İnkişaf Məqsədlərinin icrasında özəl şirkətlərin rolu” mövzusunda tədbir keçirilib

Resim
Mayın 15-də Azərbaycan Respublikası Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası, İqtisadiyyat Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Azərbaycandakı Nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Dayanıqlı İnkişaf Məqsədlərinin icrasında özəl şirkətlərin rolu” mövzusunda tədbir keçirilib. Tədbirdə çıxış edən Baş Nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov “Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyi”ndən irəli gələn məqsədlər və Azərbaycanın DİM-lərə nail olunması istiqamətində gördüyü işlər barədə məlumat verib, ölkəmizdə Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradıldığını, Şura çərçivəsində aidiyyəti qurumların fəaliyyətinin əlaqələndirildiyini, Azərbaycanın inkişaf prioritetlərinin DİM-lərə uyğunlaşdırıldığını və ölkəmizdə həyata keçirilən dövlət proqramları və digər sənədlərdə DİM-lərin nəzərə alındığını qeyd edib. Baş Nazirin müavini Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində dövlət-

Azərbaycanda qadınlar arasında kənd turizmin inkişafı layihəsi həyata keçiriləcək

Resim
“Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) Gəncə, Gədəbəy və Tovuzda qadınlar arasında kənd turizmin inkişafı ilə bağlı layihə həyata keçirəcək”. Bu barədə AQSİA-nın İdarə Heyətinin sədri  Səkinə Babayeva  bildirib. Onun sözlərinə görə, onlara maliyyə dəstəyi veriləcək və bu istiqamətdə bir sıra təşkilatlarla danışıqlar aparılır: “Belə ki, layihə çərçivəsində təlim, infoturlar və digər işlər həyata keçiriləcək”. “Layihəyə mayın 15-dən sonra başlanılması nəzərdə tutulur”, - S.Babayeva vurğulayıb. Xatırladaq ki, bir müddət əvvəl Səkinə Babayeva bildirmişdi ki, sərhədyanı rayonlarda yaşayan qadınlara dəstək layihəsi çərçivəsində Tovuzda fəaliyyət göstərən qadın sahibkarlar üçün seminarlar təşkil olunacaq və onlara avadanlıqların alınmasında kömək göstəriləcək.

Bakıda ilk dəfə olaraq Qadın Sosial Sahibkarlıq Forumu keçirilib

Resim
  Mayın 6-da Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiyası və “Education HUB”ın təşkilatçılığı ilə Qadın Sosial Sahibkarlıq Forumu keçirilib. Azərbaycanda sosial sahibkarlığın təşviq olunması, bu sahədə məlumatlılığın artırılması və beynəlxalq təcrübənin öyrənilməsi məqəsdilə təşkil olunmuş tədbirdə aidiyyəti dövlət qurumlarının, beynəlxalq təşkilatların nümayəndələri, eləcə də bir sıra xarici ekspertlər iştirak ediblər.  Tədbirdə çıxış edən İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov ölkəmizdə sahibkarlığın, xüsusən qadın sahibkarlığın inkişafı istiqamətində görülən işlər barədə məlumat verib. Hazırda qadınlar iqtisadiyyatın müxtəlif sahələrində çalışır və uğurları ilə bu sahəyə töhfə verirlər. Onların işgüzar fəallığının daha da artırılması üçün stimullaşdırıcı və təşviqedici tədbirlər görülür. Qadınların sahibkarlıq fəaliyyətinə cəlb olunmas
Resim
2 may tarixində, Hökumət Evinin konfrans zalında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə Azərbaycanda Qadın Sahibakrlığının İnkişafı Assosiasiyasının (AQSİA) da iştirak etdiyi dəyirmi masa təşkil olunub. Dəyirmi masada, AQSİA İdarə Heyətinin sədri SƏkinə Babayevanı təmsilən AQSİA-nın meneceri Günay Həsənli iştirak edib. Kiçik Biznes Aktı (SBA) Siyasətinin Qiymətləndirilməsi Avropa Komissiyası (EC), İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və Avropa Təhsil Fondu (ETF) ilə birgə həyata keçirilən görüşlərin məqsədi daha yaxşı qiymətləndirmə hesabatı  hazırlamaq məqsədilə ölkənin aparıcı ekspertlərinin və maraqlı tərəflərin sahibkarlığın öyrənilməsi və qadın sahibkarlığı sahəsində əldə olunmuş  nailiyyətlər barədə müzakirələrin aparılması, eyni zamanda, təcrübə və fikir mübadiləsi aparmaq, fəaliyyət istiqamətlərini müəyyən etməkdir. Açılış nitqi i

Azərbaycan Sahibkar Qadınlar Assosiasiyası “Happy Woman” forumunda təmsil olunur

Resim
Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində “Happy Woman” forumu keçirilib. Ölkəmizi forumda Azərbaycan Sahibkar Qadınlar Assosiasiyasının sədri Səkinə Babayeva təmsil edib. Forum çərçivəsində təşkil olunan panel müzakirələrində çıxış edən assosasiya sədri ölkəmizdə sahibkarlığın inkişafı istiqamətində görülən işlərdən, qadın sahibkarlığına dövlət dəstəyindən, Azərbaycan Sahibkar Qadınlar Assosiasiyasının fəaliyyəti və gələcək planlarından danışıb. S. Babayeva bildirib ki, sahibkarlığın inkişafına respublikada həm siyasi, həm də dövlət qurumları tərəfindən böyük metodik dəstək göstərilir. Assosiasiyanın İqtisadiyyat Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) dəstəyi ilə təsis olunduğunu xatırladan Səkinə Babayeva qadın sahibkarlara göstərilən siyasi, mənəvi, maliyyə dəstəyini xüsusilə qeyd edib. “Son illər ölkəmizdə qadın sahibkarlığının inkişafına diqqətin artırıl