Kayıtlar

Nisan, 2019 tarihine ait yayınlar gösteriliyor

“Həkimlər valideynlərin dili ilə” layihəsi təqdim edilib

Resim
Aprelin 23-də “ABC Tədris və İnkişaf Mərkəzi”nin təşkilatçılığı və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) sosial məsələlər üzrə komissiyasının dəstəyi ilə “Həkimlər valideynlərin dili ilə” layihəsinin təqdimatı keçirilib. Tədbirdə Dəmir yolu Xəstəxanasının həkimi Leyla Həsənova layihənin əhəmiyyətindən danışıb. Bildirib ki, məqsəd valideynlə həkim arasında münasibətləri inkişaf etdirməkdir. AQSİA-nın idarə heyətinin sədri Səkinə Babayeva gələcəyimiz olan uşaqlara göstərilən dəstəyin daim diqqət mərkəzində olmasının zəruriliyini qeyd edib. Qeyd edib ki, assosiasiyada bir neçə sosial komissiya yaradılıb. Məqsədimiz qadınların bir-biriləri ilə yaxın olması, birgə layihələrinin həyata keçirilməsinə dəstək olmaqdır. Digər çıxış edənlər bildiriblər ki, tibdə istifadə olunan terminlər, dərman və xəstəlik adları, reseptlərin yazılışı sadə vətəndaşın anlamasında çətinlik yaranır. Məqsəd xəstəliklər, onların səbəbləri və fəsadları barədə valideynl

Sahibkar qadın: Məqsədimiz əl qabiliyyəti olan insanlara dəstək göstərməkdir

Resim
Sahibkar qadın olaraq rəhbərlik etdiyim “LepkArt” şirkəti ev təmiri ilə məşğuldur. Şirkət premium təmir, eksklüziv interyer işləri görməklə yanaşı, bu yaxınlarda yeni butik də açıb. Bu sözləri  Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının üzvü, sahibkar qadın Şənay Abbasova bildirib. Onun sözlərinə görə, butikdə əl işləri, barelyeflər, interyerdə istifadə olunan lepkalar toplanıb. Sahibkar qeyd edib ki, əl qabiliyyəti olan bir çox insanların da işlərinin xeyriyyə məqsədilə satışı həyata keçirilib. Məqsədimiz əl qabiliyyəti olan insanlara dəstək göstərməkdir: “Bu qadınları Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası vasitəsilə tanımışıq, onları bir araya gətirərək əl işlərini burada yerləşdirmişik. Əsas məsələlərdən biri də Azərbaycanda yeniliklər tətbiq etmək, interyer sahəsinə yeni nəfəs verməkdir”. “Əgər bir işdə insan idrakı və zövqü varsa, bu işə niyə yenilik gətirməyək, gözəl təqdim etməyək. Biz lepkanı sadə şəkildə deyil, öz ünsürlərimizi qatara

Fransanın Milli Müdafiə Tədqiqatları İnstitutunun hüquq müdafiəçisi xanım Claudette Eleini ilə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası(AQSİA) arasında görüş

Resim
23 aprel 2019-ci il tarixində Fransada Azərbaycanın Dostları Assosiasiyasının təşəbbüsü ilə Azərbaycanda qonaq olan Fransanın Milli Müdafiə Tədqiqatları İnstitutunun hüquq müdafiəçisi xanım Claudette Eleini ilə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası(AQSİA) arasında görüş baş tutub. Assosiasiyanın İdarə heyətinin sədri Səkinə Babayeva və Beynəlxalq əlaqələr komissiyasının rəhbəri Günel Məmmədhəsənova assosiasiyanın fəaliyyəti haqqında ətraflı məlumat verərək assosiasiyanın fəaliyyətini əks etdirən video çarxı təqdim ediblər. Claudette Eleini hal hazırdaki fəaliyyəti və qadın sahibkarlığı ilə bağlı maraq dairəsində olan mövzular haqqında və Azərbaycanda qadınların iqtisadi baxımdan hansı göstəricilərə malik olması ilə maraqlandığını və bunun üçün qadınların iqtisadi asılılığını necə aradan qaldırılması mövzusunda maraqlı olduğunu bildirib. Səkinə Babayeva isə öz növbəsində, ilk olaraq Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti canab Ma

AccessBank Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) ictimai birliyinin "Peşədən Biznesə" adlı layihəsini dəstəkləyib.

Resim
AccessBank Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) ictimai birliyinin "Peşədən Biznesə" adlı layihəsini dəstəkləyib. Layihənin əsas məqsədi, peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsinə əsasən, sahibkar düşüncə tərzini təşviq etmək, peşələrini gələcəkdə biznesə çevirməyə dəstək olmaq və strateji yol xəritələrinin müəyyənləşdirilməsinə kö mək etməkdir. Bu məqsədlə AccessBank-ın Treninq Mərkəzində müxtəlif peşə məktəblərindən olan 60-dan çox tələbə üçün təlim keçirilib. Təlim çərçivəsində bankın marketinq üzrə baş mütəxəssisi Tofiq Ağayev və PR menecer İlkin Əhmədov tələbələrə biznes planın tərtib olunması barədə söz açıb. AccessBank-ın Korporativ bankçılıq və Marketinq üzrə icraçı direktoru Günay Cəlilova isə "Satışı artıran marketinq" mövzusunda təqdimatla çıxış edib. Ardınca tələbələr qruplara bölünərək təlimdə əldə etdiyi biliklər əsasında biznes plan tərtib edib və təlimçilərlə birgə müzakirələr aparı

Bakıda 3-cü Qlobal Sağlamlıq Turizm Forumu öz işinə başlayıb

Resim
Aprelin 23-də “Pullman Baku” hotelində 3-cü Qlobal Sağlamlıq Turizm Forumu (QSTF) və Qlobal Sağlamlıq Turizm Şurasının (QSTŞ) 5-ci Assambleyası öz işinə başlayıb. Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayevanın da iştirak etdiyi tədbir, Azərbaycan Dövlət Turizm Agentliyinin rəsmi dəstəyi, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası (AHTTSA) və Azərbaycan Sahibkarlar Konfederasiyasının birgə təşkilatçılığı ilə reallaşıb. Əvvəlcə dövlət himni səsləndirilib, ölkəmizin sağlamlıq turizmi barədə hazırlanmış videoçarx nümayiş olunub. “Qlobal Sağlamlıq hamı üçün” şüarı altında keçirilən tədbirdə QSTŞ-yə üzv 25 ölkənin milli sağlamlıq turizm qurumlarının rəhbərlərindən, müalicəvi-sağlamlıq sektoru üzrə baş menecerlərindən, aparıcı ekspertlər və nüfuzlu alimlərdən ibarət 100-dən çox xarici və yerli qonaq iştirak edir. Tədbirdə QSTF-nun sədri Ruslan Quliyev, Azərbaycan Sahibkarlar Konfederasiyasının sədri Məmməd Musa

“Qadın sahibkarlığını təşviq edən təşkilatların institusional bacarıqlarının artırılmasına dəstək” mövzusunda təlim

Resim
Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayevanın təşəbbüsü, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (GİZ) həyata keçirdiyi Yerli və Regional İnkişafa Dəstək Layihəsi çərçivəsində “Qadın sahibkarlığını təşviq edən təşkilatların institusional bacarıqlarının artırılmasına dəstək” mövzusunda 16-18 aprel 2019-cu il tarixlərində 3 günlük təlim kursu keçirilir. Təlimin keçirilməsində məqsəd qadın sahibkarların fəaliyyət təmsilçiliyini artırmaq, qadınlar arasında biznes birliyinin formalaşmasında və idarə olunmasında müvafiq institutlara köməklik göstərmək, yeni və mövcud təşkilatların, birliklərin üzvlərinə daha yaxşı xidmət göstərmələri üçün inzibati, təşkilati, texniki və maliyyə imkanları yaratmaq, qadın sahibkarlıq təşkilatlarının əlaqələrini regional və beynəlxalq səviyyədə təşviq etməkdir. Açılış nitqi ilə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi