AccessBank Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) ictimai birliyinin "Peşədən Biznesə" adlı layihəsini dəstəkləyib.


AccessBank Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) ictimai birliyinin "Peşədən Biznesə" adlı layihəsini dəstəkləyib.

Layihənin əsas məqsədi, peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsinə əsasən, sahibkar düşüncə tərzini təşviq etmək, peşələrini gələcəkdə biznesə çevirməyə dəstək olmaq və strateji yol xəritələrinin müəyyənləşdirilməsinə kömək etməkdir. Bu məqsədlə AccessBank-ın Treninq Mərkəzində müxtəlif peşə məktəblərindən olan 60-dan çox tələbə üçün təlim keçirilib.

Təlim çərçivəsində bankın marketinq üzrə baş mütəxəssisi Tofiq Ağayev və PR menecer İlkin Əhmədov tələbələrə biznes planın tərtib olunması barədə söz açıb. AccessBank-ın Korporativ bankçılıq və Marketinq üzrə icraçı direktoru Günay Cəlilova isə "Satışı artıran marketinq" mövzusunda təqdimatla çıxış edib.

Ardınca tələbələr qruplara bölünərək təlimdə əldə etdiyi biliklər əsasında biznes plan tərtib edib və təlimçilərlə birgə müzakirələr aparıb.

Qeyd edək ki, layihənin müəllifi AQSİA-nın regionlarda işin təşkili komissiyasının rəhbəri Kəmalə Məmmədlidir.












Yorumlar

Bu blogdaki popüler yayınlar

"Agro Mall” ticarət mərkəzində iş yarmarkası

Qadınlarının əl işlərinin sərgisi və satışı

Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Asossasiyası İctimai Birliyi (ANİİA) və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) arasında əməkdaşlıq haqqında Anlaşma Memorandum