Kayıtlar

Şubat, 2019 tarihine ait yayınlar gösteriliyor

Şahidlərin ağrılı-acılı xatirələrində Xocalı soyqırımı

Resim
Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Qadın Sahibkarlığının İnkişafi Assosiasiyasının (AQSİA) təşkilatçılığı ilə Bakı Tədris və İnkişaf Mərkəzində dəhşətli faciənin iştirakı ilə tədbir keçirilib. Bunu AQSİA-nın Sosial İş Komissiyasının rəhbəri Gülnarə Xəlilova deyib. Xocalı soyqırımının qurbanları bir dəqiqəlik sükutla yad edilib. Möcüzəvi şəkildə ölümdən xilas olan Xocalı şahidləri Ceyran Əzizova və Fiqurə Rüstəmova yaşadıqları bütün dəhşətlər barədə danışıblar. Xocalı əvvəlcə dörd tərəfdən erməni qoşunları tərəfindən mühasirəyə alınıb, bundan sonra şəhər artilleriya və ağır hərbi texnikadan güclü və amansız atəşə tutulub, şəhərdə qısa müddət ərzində yanğın baş verib, şəhər tamamilə alova bürünüb. Xocalı bir gecəyə yerlə-yeksan edilib. Məqsədləri ancaq dinc əhaliyə qarşı qırğın törətmək olan erməni silahlıları heç nə qarşısında dayanmayıblar. Şəhəri tərk etmək məcburiyyətində qalan yerli sakinlər dağ və meşələrə qaçıblar. Silahlanmış ermənilər hər yerd

Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının - nın idarə heyətinin görüşü

Resim
25 fevral 2019 ildə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının - nın idarə heyətinin görüşü keçirilib. İclasda, AQSİA-nın 2019-cu ilin I r üblüyü üçün komissiyalar tərəfindən hazırlanan icra planları İdarə Heyətinə təqdim edilib.   İdarə Heyətinin sədri Səkinə Babayeva, üzvü Jalə Hacıyeva tərəfindən icra planlarına ediləcək dəyişiklər bildirildi. Komissiyaların birgə fəaliyyəti, eyni zamanda xidmət sahəsində (ketring, gözəllik salonu və s.) fəaliyyət göstərən xanımların AQSİA-ya cəlb olunması vacib olduğu vurğulandı. Əsas müzakirə mövzularından biri də 8 mart Beynalxalq Qadınlar Bayramının keçirilməsi və təşkilatçılıq işlərinin müəyyənləşdirilməsi oldu.

Turizm və Otelçilik

Resim
Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası tərəfindən təşkil olunan “Turizm və Otelçilik” işinin təşkili komissiyasının növbəti görüşü keçirilirdi. Görüş 20 fevral saat 19:00 “Salam Baku” restoranında şam yeməyində baş tutdu. Gürüş zamanı turizm sahəsində yaranan problemlərdən danışılmış və Otelçilik sahəsində olan kadrların hazırlıq səviyyəsinin vacibliyi vurğulanmışdır. Bununla yanaşı olaraq bələdçilərin hazırlıq səviyyəsinin yuxarı olmasının ölkəmizin tanıdılmasında böyük rolu olduğuna baxmayaraq ixtisaslı bələdçilərin az olduğunu və bu sahədə addımların atılmağının mütləq olduğu söylənmişdir. Restoran şəbəkələrinə müştərilərin cəlb olunmasının və qarşılıqlı əməkdaşlığın yaradılmasının hər iki sahənin inkişafına təkan verəcəyi danışıqlar zamanı həm turizm şirkətləri və həm də restoran rəhbəriliyi təsdiqləmişdir.

Caspian European Club CEO Lunch

Resim
2019-ci il Fevral ayın 20-də saat 12.45-də (Hyatt Regency Baku - Guba Ball Room-da) Caspian European Club üzv şirkətlərinin top-menecerlərinin iştirakı ilə CEO Lunch təşkil olunub. CEO Lunch Baku-da fəxri qonaq qismində Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Sadiq Sadıqov iştirak edib. Qeyd edək ki, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının idarə heyətinin sədri Səkinə Babayeva da həmin tədbirdə iştirak edib.

“Xocalı: Şahidlər danışır” kitabının təqdimatı

Resim
Bakının Pirşağı qəsəbəsində müvəqqəti yerləşən Xocalı şəhər 2 saylı orta məktəbdə yazıçı və publisist İradə Əlilinin Xocalı soyqırımının 27 illiyi ilə əlaqədar “Xocalı: Şahidlər danışır” kitabının təqdimatı keçirilib. Azərbaycanda Qadın Sahibkarlığının İnkişafi Assosiasiyasının (AQSİA) sosial iş komissiyasının rəhbəri Gülnarə Xəlilova  bildirib ki, təqdimat AQSİA-nın dəstəyi ilə təşkil edilib. “Xocalı: Şahidlər danışır” kitabı 4 dildə - Azərbaycan, rus, ingilis və türk dillərində çap edilib. Daha əvvəl isə Azərbaycan, Türkiyə və Ukraynanın şəhərlərində təqdim olunub. Kitabda Xocalı soyqırımı şahidlərinin və işgəncələrə məruz qalmış insanların acı xatirələri əks olunub. Tədbirdə məktəbin müəllim kollektivi və şagirdlər, Qarabağ müharibəsi veteranları və şəhid ailələrinin üzvləri, ictimai xadimlər iştirak edib. Xocalı soyqırımının qurbanları bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətinin ağır nəticələri barədə danışıb. Qeyd edili

“Vergilər, Şəffaflıq, İnkişaf”

Resim
Fevralın 18-də Vergilər Nazirliyinin təşkilatçılığı ilə “Vergilər. Şəffaflıq. İnkişaf” mövzusunda Forum keçirilib. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasın, Nazirlər Kabineti, Milli Məclis, dövlət qurumları, qeyri-hökumət təşkilatları, sahibkarların ictimai birliklərinin nümayəndələri və iş adamları iştirak ediblər. Forumun təşkilində məqsəd ölkəmizdə vergi sisteminin müasir vəziyyəti, qarşıda duran vəzifələr və inkişaf perspektivləri ilə bağlı vətəndaş cəmiyyəti və işgüzar dairələrlə açıq dialoqun qurulmasıdır. Forumda çıxış edən vergilər naziri Mikayıl Cabbarov vergi sistemində aparılan islahatlar, həyata keçirilən vergi siyasətinin əsas istiqamətləri, vergi qanunvericiliyində və inzibatçılığında edilmiş dəyişikliklər, dövlət-biznes münasibətləri, vergi orqanlarının sahibkarlarla qurduğu iş prinsipləri ilə bağlı məsələlərə toxunaraq, ölkəmizin vergi sisteminin perspektiv inkişaf istiqamətləri barədə işgüzar dairələrlə fikir mübadiləsi aparılmasının zəru

“Qida Təhlükəsizliyi haqqında” Qanun layihəsinin ictimai müzakirəsi

Resim
14 fevral tarixində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Avropa İttifaqının (Aİ) Bakıdakı nümayəndəliyi və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən ictimaiyyət nümayəndələrinin iştirakı ilə “Qida Təhlükəsizliyi haqqında” Qanun layihəsinin ictimai müzakirəsinə dair dəyirmi masa təşkil olunub. Tədbirin keçirilməsində əsas məqsəd Azərbaycanda qida təhlükəsizliyinin təkmilləşdirilməsi istiqamətində AQTA tərəfindən təklif edilən “Qida Təhlükəsizliyi haqqında” qanun layihəsində göstərilən əsas prinsiplər və yanaşmalar barədə qida sənayesini təmsil edən maraqlı tərəfləri, eləcə də istehlakçıları məlumatlandırmaq, eyni zamanda, müzakirələrdə səsləndiriləcək fikir və rəylərin layihənin yekun variantında öz əksini tapmasıdır. Azərbaycanda regional və beynəlxalq səviyyədə kənd təsərrüfatı –qida məhsulları ticarətinin inkişafı ölkə Prezidenti tərəfindən 5 dekabr 2016-cı il tarixlərində qəbul edilmiş Milli İqtisadi İsla

Region Gənclərinin I Sahibkarlıq Forumu

Resim
15 Fevral tarixində Gəncə şəhərində “Odlar Yurdu” Gənclər Ictimai Birliyinin təşəbbüs və təşkilatçılığı ilə respublikada ilk dəfə “Region Gənclərinin I Sahibkarlıq Forumu” keçirilirdi. Tədbirdə Azərbaycanda Qadın Sahinkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva da iştirak etmişdir. Tədbirdə 8 spiker və hər biri öz sahəsində ciddi nailiyyət əldə etmiş insanlar iştirak etmişdir. Müxtəlif sahədən olan, amma eyni dəyərləri paylaşan peşəkarlar öz təcrübələrini və düşüncələrini paylaşdılar.  Qeyd edək ki, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının idarə heyətinin sədri Səkinə Babayeva da, tədbirdə çıxış etmiş və gənclərə öz təcrübələrini paylaşmışdır.

İCT (İT və telekommunikasiya) komitəsinin iclası

Resim
11 Fevral 2019-cu il tarixində saat 11:00-da World Business Centre biznes mərkəzində Caspian European Club çərçivəsində  İCT (İT və telekommunikasiya) komitəsinin iclası keçirilib. Toplantıda Azərbaycanda İCT sahəsində olan məsələlər, problemlər və təkliflər müzakirə edilib və bir sıra təkliflər irəli sürülüb. Qeyd edək ki, toplantıda Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) idarə heyətinin sədri və Bakı Tekstil Fabriki MMC (BTF) -nin direktoru Səkinə Babayevanı təmsilən, AQSİA və BTF-nin PR meneceri Hüseyn İsayev iştirak etmişdir.

AQSİA turizm şirkətləri ilə görüş

Resim
Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının nəzdində olan, Turizm və Otelçilik İşinin Təşkili komissiyası çərçivəsində turizm şirkətləri üçün görüş təşkil olunub. Görüşdə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının idarə heyətinin sədri, Turizm və Otelçilik işinin təşkili komissiyasının sədri və bir sıra turizm şirkətlərinin nümayəndələri iştirak edib. Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiya idarə heyətinin sədri Səkinə Babayeva qonaqları salamlayıb və  onların problemlərini dinləyib. Çıxışı zamanı bu sektorda qadın sahibkarların rolundan danışıb və öz tövsiyyələrini bildirib. Bakı Peşə Turizm məktəbinin direktoru Nilufər Kərimova danışıq zamanı məktəbin məzunlarının savadlı kadr kimi yetişdiyinə və bu sahədə olduqca bacarıqlı olduğunu qeyd edib və şikətlərə martın 1 dən etibarən başlayacaq turizm üzrə təcrübə kurslarından bəhs edib. “Milennium”  travel şirkətinin təsisçisi Ruslan Quliyev turizmlə bağlı bir çox məsələləri dilə gə