AQSİA turizm şirkətləri ilə görüş

Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının nəzdində olan, Turizm və Otelçilik İşinin Təşkili komissiyası çərçivəsində turizm şirkətləri üçün görüş təşkil olunub.
Görüşdə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının idarə heyətinin sədri, Turizm və Otelçilik işinin təşkili komissiyasının sədri və bir sıra turizm şirkətlərinin nümayəndələri iştirak edib.
Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiya idarə heyətinin sədri Səkinə Babayeva qonaqları salamlayıb və  onların problemlərini dinləyib. Çıxışı zamanı bu sektorda qadın sahibkarların rolundan danışıb və öz tövsiyyələrini bildirib.
Bakı Peşə Turizm məktəbinin direktoru Nilufər Kərimova danışıq zamanı məktəbin məzunlarının savadlı kadr kimi yetişdiyinə və bu sahədə olduqca bacarıqlı olduğunu qeyd edib və şikətlərə martın 1 dən etibarən başlayacaq turizm üzrə təcrübə kurslarından bəhs edib.
“Milennium”  travel şirkətinin təsisçisi Ruslan Quliyev turizmlə bağlı bir çox məsələləri dilə gətirib və bu sahədə lisenziyanın olmamasının mənfi tərəflərini, bununla bağlı sektorda yaranan problemlərdən danışmışdır. O həmçinin bu sahədə master klasların keçirilməsinin vacibliyini qeyd edib.
Görüşdə qonaq qismində iştirak edən, “Greenwich” travel şirkətinin gəlmə turistlər üzrə mütəxəssisi Xəyal Əliyeva müzakirə əsasında şirkətlərin birləşib turizm sahəsində vahib bir layihə təqdim etməklərini və bu layihədə turizmlə bağlı problemlər öz əksini tapmasının vacibliyini bildirib. O həmçinin turizm üçün daha maraqlı məkanların qurulmasının Azərbaycana daha cox turizm axınına səbəb olacagını bildirib.
Sonda, Turizm və Otelçilik İşinin Təşkili komissiyasının sədri Cəmilə Abdullayeva səsləndirilən məsələlərlə bağlı öz fikrini bildirib. Eyni zamanda, Azərbaycanı düzgün təbliğ etmək üçün videorolik, çap işlərinin hazırlanmasının və beynəlxalq tədbirlərə gedən nümayəndələrinin hazırlıq səviyyəsinin vacibliyini vurğulayıb. O, bu sektorda yeni turizm xətlərinin hazırlanmasını və əyləncə sahələrinə olan tələbatdan danışıb.















Yorumlar

Bu blogdaki popüler yayınlar

"Agro Mall” ticarət mərkəzində iş yarmarkası

Turizm və Otelçilik