Turizm və Otelçilik

Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası tərəfindən təşkil olunan “Turizm və Otelçilik” işinin təşkili komissiyasının növbəti görüşü keçirilirdi.

Görüş 20 fevral saat 19:00 “Salam Baku” restoranında şam yeməyində baş tutdu.
Gürüş zamanı turizm sahəsində yaranan problemlərdən danışılmış və Otelçilik sahəsində olan kadrların hazırlıq səviyyəsinin vacibliyi vurğulanmışdır. Bununla yanaşı olaraq bələdçilərin hazırlıq səviyyəsinin yuxarı olmasının ölkəmizin tanıdılmasında böyük rolu olduğuna baxmayaraq ixtisaslı bələdçilərin az olduğunu və bu sahədə addımların atılmağının mütləq olduğu söylənmişdir.


Restoran şəbəkələrinə müştərilərin cəlb olunmasının və qarşılıqlı əməkdaşlığın yaradılmasının hər iki sahənin inkişafına təkan verəcəyi danışıqlar zamanı həm turizm şirkətləri və həm də restoran rəhbəriliyi təsdiqləmişdir.

Yorumlar

Bu blogdaki popüler yayınlar

"Agro Mall” ticarət mərkəzində iş yarmarkası