Fransanın Milli Müdafiə Tədqiqatları İnstitutunun hüquq müdafiəçisi xanım Claudette Eleini ilə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası(AQSİA) arasında görüş

23 aprel 2019-ci il tarixində Fransada Azərbaycanın Dostları Assosiasiyasının təşəbbüsü ilə Azərbaycanda qonaq olan




Fransanın Milli Müdafiə Tədqiqatları İnstitutunun hüquq müdafiəçisi xanım Claudette Eleini ilə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası(AQSİA) arasında görüş baş tutub.
Assosiasiyanın İdarə heyətinin sədri Səkinə Babayeva və Beynəlxalq əlaqələr komissiyasının rəhbəri Günel Məmmədhəsənova assosiasiyanın fəaliyyəti haqqında ətraflı məlumat verərək assosiasiyanın fəaliyyətini əks etdirən video çarxı təqdim ediblər.
Claudette Eleini hal hazırdaki fəaliyyəti və qadın sahibkarlığı ilə bağlı maraq dairəsində olan mövzular haqqında və Azərbaycanda qadınların iqtisadi baxımdan hansı göstəricilərə malik olması ilə maraqlandığını və bunun üçün qadınların iqtisadi asılılığını necə aradan qaldırılması mövzusunda maraqlı olduğunu bildirib.
Səkinə Babayeva isə öz növbəsində, ilk olaraq Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti canab Mancel-ə assosiasiyamız haqqında məlumat verərək Eleini xanımı yönləndirdiyi üçün təşəkkürünü bildirdi. İki assosiasiyanın birgə fəaliyyətinin gələcəkdə çox böyük uğurlara nail olacağını vurğuladı. S. Babayeva bildirdi ki, dövlət tərəfindən qadın sahibkarlarına verilən dəstəyin və dəstək mexanizimlərinin vacibliyi assosiasiyanın fəaliyyətində də özünü biruzə verir və assosiasiyanın əsas məqsədlərindən biri öz biznesini qurmuş və qurmaq istəyən xanımların sosiallaşaraq cəmiyyətdə də daha güclü mövqeyə sahib olmasınına dəstək olmaqdır.
Qeyd edək ki, assosiasiya sədri Səkinə Babayeva yaxın gələcəkdə Fransaya səfər edəcəklərini və orada qadın sahibkarlıqla bağlı olan bir çox məsələlərin öyrənilməsinə maraqlı olduqlarını bildirdi.

Yorumlar

Bu blogdaki popüler yayınlar

"Agro Mall” ticarət mərkəzində iş yarmarkası

Turizm və Otelçilik