Sahibkar qadın: Məqsədimiz əl qabiliyyəti olan insanlara dəstək göstərməkdir

Sahibkar qadın olaraq rəhbərlik etdiyim “LepkArt” şirkəti ev təmiri ilə məşğuldur. Şirkət premium təmir, eksklüziv interyer işləri görməklə yanaşı, bu yaxınlarda yeni butik də açıb.
Bu sözləri  Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının üzvü, sahibkar qadın Şənay Abbasova bildirib. Onun sözlərinə görə, butikdə əl işləri, barelyeflər, interyerdə istifadə olunan lepkalar toplanıb.
Sahibkar qeyd edib ki, əl qabiliyyəti olan bir çox insanların da işlərinin xeyriyyə məqsədilə satışı həyata keçirilib. Məqsədimiz əl qabiliyyəti olan insanlara dəstək göstərməkdir: “Bu qadınları Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası vasitəsilə tanımışıq, onları bir araya gətirərək əl işlərini burada yerləşdirmişik. Əsas məsələlərdən biri də Azərbaycanda yeniliklər tətbiq etmək, interyer sahəsinə yeni nəfəs verməkdir”.
“Əgər bir işdə insan idrakı və zövqü varsa, bu işə niyə yenilik gətirməyək, gözəl təqdim etməyək. Biz lepkanı sadə şəkildə deyil, öz ünsürlərimizi qataraq, təbii daşlardan istifadə edərək interyer dizaynerlərimiz vasitəsilə gözəl şəkildə cəmiyyətə təqdim edirik”, - deyə Ş.Abbasova bildirib.
Sahibkar diqqətə çatdırıb ki, şirkət özəl əl işlərinə də xüsusi önəm verir ki, bu, Naxçıvan duzunun aksessuar formasında satışında da özünü göstərir.

Yorumlar

Bu blogdaki popüler yayınlar

"Agro Mall” ticarət mərkəzində iş yarmarkası

Turizm və Otelçilik