“Həkimlər valideynlərin dili ilə” layihəsi təqdim edilib

Aprelin 23-də “ABC Tədris və İnkişaf Mərkəzi”nin təşkilatçılığı və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) sosial məsələlər üzrə komissiyasının dəstəyi ilə “Həkimlər



valideynlərin dili ilə” layihəsinin təqdimatı keçirilib.
Tədbirdə Dəmir yolu Xəstəxanasının həkimi Leyla Həsənova layihənin əhəmiyyətindən danışıb. Bildirib ki, məqsəd valideynlə həkim arasında münasibətləri inkişaf etdirməkdir.
AQSİA-nın idarə heyətinin sədri Səkinə Babayeva gələcəyimiz olan uşaqlara göstərilən dəstəyin daim diqqət mərkəzində olmasının zəruriliyini qeyd edib. Qeyd edib ki, assosiasiyada bir neçə sosial komissiya yaradılıb. Məqsədimiz qadınların bir-biriləri ilə yaxın olması, birgə layihələrinin həyata keçirilməsinə dəstək olmaqdır.
Digər çıxış edənlər bildiriblər ki, tibdə istifadə olunan terminlər, dərman və xəstəlik adları, reseptlərin yazılışı sadə vətəndaşın anlamasında çətinlik yaranır. Məqsəd xəstəliklər, onların səbəbləri və fəsadları barədə valideynləri məlumatlandırmaq, onların həkimlərlə canlı sual-cavabda iştirakını təşkil etməkdir.

Yorumlar

Bu blogdaki popüler yayınlar

"Agro Mall” ticarət mərkəzində iş yarmarkası

Turizm və Otelçilik