AQSİA səhər yeməyi

13 iyun tarixində Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının təşkilatçılığı ilə səhər yeməyi baş tutdu.

Yeməkdə assosiasiyanın bir çox tanınmış məşhur simaları, üzvləri və yeni qatılacaq üzvlər iştirak etdi.
Yeməkdən sonra açılış danışığını edən, Səkinə Babayeva, hamını bir arada görməkdən məmnun olduğunu bildirdi. Sözlərinə “Güc Qadın Birliyindədir” deyərək davam edən S. Babayeva, kişiləri hər zaman yanımızda, arxamızda görürük, ama unutmayaq ki, o kişiləri də məhz bizlər dünyaya gətirmişik dedi. Qadınların hər sahədə uğurlu ola biləcəyini vurğulayan S. Babayeva, yorulmadan çalımağa davam etməli olduqlarını bildirdi. Sonda İsə assosiasiya haqqında məlumat verərək fəaliyyətlərindən bəhs etdi.

Yeməyə qatılan fəxri üzvlərdən, ilk Bakı Beynəlxalq Qadın Klubunun üzvü Gülsənəm Fatıyeva, assosiasiyaya uğurlar arzulayaraq, üzvlər ilə bir arada olmaqdan məmnunluğunu dilə gətirdi.

Daha sonra isə gələn qonaqlar özləri haqqında məlumat verərək assosiasiyaya mütləq üzv olacaqlarını bildirdilər.







Yorumlar

Bu blogdaki popüler yayınlar

"Agro Mall” ticarət mərkəzində iş yarmarkası

Qadın Sahibkarların Güzəştli Maliyyə Resurslarına Çıxışlarının Dəstəklənməsi