Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Asossasiyası İctimai Birliyi (ANİİA) və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) arasında əməkdaşlıq haqqında Anlaşma Memorandum

AQSIA Idarə Heyətinin sədri Səkinə Babayeva, AZPROMO-nun dəstəyi ilə Bakı Biznes Mərkəzində keçirilən  Azərbaycan Nar İstehsalçıları və İxracatçılarının IV Ümumrespublika yığıncağında iştirak etmişdir. 


25.01.2019-cu il tarixində ANIIA və Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) arasında Kənd təsərrüfatı və emal sahələri üzrə birgə təlim, maarifləndirmə, təşviq işləri və digər tədbirlərin həyata keçirilməsi; Kənd təsərrüfatı sahəsində qadınlar arasında məşğulluğun artırılması məqsədi ilə praktik tədbirlərin hazırlığının keçirilməsi; Assosiasaların təşkilatçılığı ilə Azərbaycan müxtəlif rayonlarında kənd təsərrüfatı müxtəlif aspektlərinə dair keçiriləcək təlimlərə qadın sahibkarlarının cəlb edilməsi; Fərdi şəkildə incəsənət və əl işləri ilə məşğul olan, kənd təsərrüfatı məhsulları emalını həyata keçirən qadın sahibkarları ilə birgə keçiriləcək sərgi və yarmarka tipli tədbirlərə qatılmasının təşviqi istiqamətlərində əməkdaşlıq haqqında anlaşma memorandumu imzalandı.
AQSİA AR İqtisadiyyat Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) dəstəyi, ölkədə fəaliyyət göstərən qadın sahibkarların təşəbbüsü ilə 26.10.2017-ci ildə təsis olunub. 22.12.2017-ci ildə isə dövlət qeydiyyatına alınıb. AQSİA-nın məqsədi məqsədi ölkədə qadın sahibkarlığının inkişafına dəstək olmaq, müasir Azərbaycanın milli iqtisadiyyatında qadın sahibkarlığının müxtəlif biznessahələri üzrə iqtisadi təşəbbüskarlığının artırılması və potensialının gücləndirilməsi, onların maraqlarının qorunması, ən qabaqcıl təcrübənin yayılması, fəaliyyəti və məşğul olduqlarısahələrin davamlı inkişafının dəstəklənməsi, xidmətlərinin göstərilməsində şəffaflığın və cavabdehliyin təminatı, səmərəli kollektiv fəaliyyətin təşviq edilməsinə kömək etməkdən ibarətdir.

ANİİA isə 31 oktyabr 2016-cı il tarixində Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçib. Assosiasiya keyfiyyətli Azərbaycan narının yerli və dünya bazarına mütəmadi təchizatı, istehsal və emal prosesləri ilə bağlı təcrübələrin və bacarıqların artırılması, istehsalatda yüksək texnologiyanın tətbiqi, yüksək keyfiyyətli xammal təchizatı sahələrində fəaliyyət və xidmət göstərir.





Yorumlar

Bu blogdaki popüler yayınlar

"Agro Mall” ticarət mərkəzində iş yarmarkası

Qadınlarının əl işlərinin sərgisi və satışı