Azərbaycan-Rusiya İşgüzar Şurasının ümumi iclası
Kənd təsərrüfatı, sənaye, tikinti, nəqliyyat, neft və iqtisadiyyatın digər sahələrində fəaliyyət göstərən 100-dən çox biznes struktur və təşkilat nümayəndələrinin iştirakı ilə Azərbaycan-Rusiya İşgüzar Şurasının ümumi iclası keçirilib.
İclasda AQSİA-nın İdarə Heyətinin sədri və Bakı Tekstil Fabriki MMC-nin direktoru Səkinə Babayeva və AQSİA-nın Beynəlxalq Əlaqələr şöbəsinin rəhbəri eyni zamanda Naigin K Tovuz Baltika MMC-nin icraçı direktoru Günel Məmmədhəsənova da iştirak ediblər.
Iclası İşgüzar Şuranın idarə heyətinin sədri Səməd Qurbanov açaraq ötən il ərzində təşkilatın fəaliyyətinin yüksək aktivliyini və müsbət nəticələrini qeyd edib. S.Qurbanov cari ildə Azərbaycan-Rusiya İşgüzar Şurasının iki ölkənin işgüzar dairələri arasında əməkdaşlığın inkişafı üçün mövcud potensialı maksimal səviyyədə istifadə etmək niyyətində olduğunu vurğulayıb.
İclas inzibati məsələlərin müzakirəsi ilə davam edib.
Səsvermə zamanı "Logistika", "Qida məhsulları və kənd təsərrüfatı", "Sertifikatlaşdırma və gömrük proseduraları" komissiyalarının sədrləri Natiq Heydərov, İsmayıl Orucov və Namiq Tağıyev seçilib. Həmçinin N.Heydərov idarə heyətinin müavini seçilib.

İclasın yekun hissəsində iştirakçılar 2019-cu ilin birinci yarısına olan tədbir və layihələr planını müzakirə ediblər.
Yorumlar
Yorum Gönder