Qadın Sahibkarların Güzəştli Maliyyə Resurslarına Çıxışlarının Dəstəklənməsi




Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Sahibkarlığın İnkişafı Fondunun dəstəyi və Azərbaycanda Qadın Sahibkarlığın İnkişafı Assosasiyasının (AQSİA) təşəbbüsü ilə Bakı Biznes mərkəzində “Qadın Sahibkarların Güzəştli Maliyyə Resurslarına Çıxışlarının Dəstəklənməsi” mövzusunda işgüzar görüş və qadınların əl işlərindən ibarət sərgi keçirilib. AQSİA-nın mətbuat xidmətinin məlumatına görə,  əsas məqsədi qadın sahibkarların işgüzar fəallığının artırılması, fəaliyyət istiqamətləri üzrə maliyyə ehtiyaclarının öyrənilməsi, güzəştli maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, yeni texnologiyaların tətbiqinin stimullaşdırılması, biznes fəaliyyətinin perspektivləri üzrə müvafiq maarifləndirmə işlərinin aparılması, qarşılıqlı dialoq əsasında işgüzar əlaqələrin qurulması olan tədbirdə 250-dən çox şəxs iştirak edib. Mərasimdə çıxış edən İqtisadiyat nazirinin müavini cənab Sahib Məmmədov ölkəmizdə sahibkarlara yaradılan dövlət dəstəyindən bəhs edib, bildirib ki, Azərbaycanda 920 mindən çox sahibkar fəaliyyət göstərir. Tədbirdə məruzəçi qismində nitq söyləyən Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva görüşün əhəmiyyətindən söz açıb və AQSİA-nın gələcək planlarından danışıb. Daha sonra Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədovun,   Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanovanın, Azərbaycan Mikromaliyyə Assosiasiyasının icraçı direktoru, Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti,Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin üzvü Jalə Hacıyevanın, “Azərbaycan Meyvə və Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası”nın İdarə Heyətinin sədr müavini Jalə Əmirbəyovanın, “Turan Bank” ASC-nin “Qadın Bankçılıq” şöbəsinin müdiri Könül Paşanın məruzələri dinlənilib. İşgüzar görüş müzakirələrlə davam etdirilib.
  

















 

































Yorumlar

Bu blogdaki popüler yayınlar

"Agro Mall” ticarət mərkəzində iş yarmarkası

Qadınlarının əl işlərinin sərgisi və satışı

Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Asossasiyası İctimai Birliyi (ANİİA) və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) arasında əməkdaşlıq haqqında Anlaşma Memorandum