“Quba-Xaçmaz regionunda davamlı qadın
mikrosahibkarlığının inkişafını stimullaşdırmaq” adlı layihənin
yekununa həsr edilmiş
seminar
15 mart 2019
15
mart, 2019-cu il tarixində Azərbaycan
Mikromaliyyə Assosiasiyası (AMFA) tərəfindən təsis edilmiş “ Finance and Social
İnnovation Consulting” MMC (FSİC) tərəfindən
həyata keçirilən, İsveçrə Əməkdaşlıq Ofisi (SCO) tərəfindən maliyyələşdirilən və
Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının “Quba-Xaçmaz regionunda davamlı qadın
mikrosahibkarlığının inkişafını stimullaşdırmaq” adlı layihəsinin yekununa həsr edilmiş seminar keçirilmişdir.
Layihənin əsas məqsədi Azərbaycan Respublikası
İqtisadiyyat Nazirliyinin nəznində fəaliyyət göstərən və Xaçmaz rayonunda yerləşən
Qadın biznes inkubatorunun imkanlarından istifadə edərək regionda qadınlar arasında özünəməşğulluğu
stimullaşdırmaq və AQSİA –nın
institutional inkişafını dəstəkləmək olmuşdur.
Layihə çərçivəsində
maraqlı biznes planları qiymətləndirilərək
seçilmiş 12 nəfər xanıma FSİC tərəfindən
korporativ sosial məsuliyyət təşəbbüsləri
çərçivəsində lazımi avadanlıq və xammal alınmasına köməklik edilmişdir. Layihədə
iştirak edən xanımların başladıqları bizneslərinin dayanıqlılığını təmin etmək,
bilik və bacarıqlarını daha da artırmaq üçün onların layihə partnyoru olan Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı
Assosiasiyasına (AQSİA) üzvlüyü tövsiyyə olunmuşdur. Layihə iştirakçıları
tövsiyyələrə uyğun Assosiasiyanın üzvləri sıralarına qoşulmaq üçün ərizə ilə
müraciət etmişlər və AQSİ-nın rəhbərliyi tərəfindən müsbət qarşılanaraq onların inkişafı üçün lazımi dəstəyin
göstəriləcəyi bildirilmişdir. Assosiasiyanın sədri xanım Səkinə Babayeva gələcəkdə
regionlarda bu qəbildən olan xanımları bir-biri ilə əlaqələndirilməsini və digər
xanımların da onların vasitəsilə təlimləndirərək müəyyən peşələrə yiyələnməsinə
dəstəyin verilməsində assosiasiyanın əsas vəzifələrindən biri kimi qiymətləndirmişdir.
Bu region xanımlarının daha da gücləndirilməsinə və onların bizneslərinin dəyər
zənciri yaradılaraq inkişafına və genişləndirilməsinə imkan yaradacaq.
Seminarda Azərbaycan
Mikromaliyyə Assosiasiyasının icraçı direktoru xanım Jalə Hacıyeva, İdarə Heyətinin
sədri cənab Süleyman Kələşov, Azərbaycan Respublikası Ailə Qadın və Uşaq
problemləri üzrə Dövlət komitəsinin sədr müavini xanım Sədaqət Qəhrəmanova, İqtisadiyyat Nazirinin müavini cənab Sahib Məmmədov,
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Idarə Heyəti sədrinin müavini cənab
Nadir Adilov, Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının Sədri xanım
Səkinə Babayeva açılış nitqi ilə çıxış etmişdilər.
Layihə çərçivəsində İsveçrə Əməkdaşlıq Ofisi-nin regional Direktor
Müavini və həmçinin İsveçrə səfirliyinin Missiya rəhbərinin müavinin xanım Simone
Haeberli, İsveçrə Əməkdaşlıq Ofisinin Cənubi
Qafqaz üzrə milli nümayəndəsi Zahir Əhmədov,
Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri Səkinə
Babayeva, AMFA-nın icraçı direktoru Jalə Hacıyeva və FSİC-in direktoru Vüsalə
Qarayeva layihədən yararlanan xanımların
biznesinə bir neçə dəfə səfər edərək onlarla yaxından tanış olmuş və alınan
avadanlıq və xammala baxış keçirmişlər.
Xaçmaz qadınlarının əl işləri və sərf etdiyi əmək
seminar iştirakçılarını heyrətləndirmiş və Azərbaycan qadının işgüzar və əməksevən
olduğunu sərgiləmişdilər. Qadınlardan biri Allahverdiyeva Samirə bildirmişdir “ Mən 13 ildir fəaliyyət göstərirəm ancaq qazandığım
pulla qüclə ailəmi dolandıra bilirdim. Əl işlərimi tikmək üçün professional
tikiş maşınına və xammala çox ehtiyacım vardı. Sifarişlərim çox olsa da xammal
qıtlığından və tikiş maşınımın köhnə olması səbəbindən bu işdən kifayət qədər pul qazana bilmirdim.
Çox sevinirəm ki, bu layihədən yararlananlar sırasında mən də varam. Bu köməkliyi
etməklə sanki mənə dünyaları bəxş etdiniz. Təlimlərdən öyrəndiklərim isə mənə
ailə və biznes xərclərimin düzgün idarəetməyə kömək edir.Bir daha bütün layihə
tərəfdaşlarına dərin minnətdarlığımı bildirirəm”. Digər iştirakçı Burlaxatun Məmmədova
“Mən layihə çərçivəsində alınan avadanlıq və xammalla çoxlu pul qazanaraq
biznesimi genişləndirməklə Bakıya getməyi
və bacımı rəssamlıq üzrə oxutmağı planlaşdırıram. Bu imkanı mənə yaratdığı üçün
layihə komandasına dərin təşəkkürümü
bildirirəm”.
Tədbirin sonunda Layihənin tədbirdə iştirak edən
benefisiarları layihə haqqında fikirləini bölüşmüş və təşkilatçılara öz minnətdarlıqlarını
bildirmişlər.Bundan başqa Layihə haqqında çəkilmiş video film nümayiş etdirilmiş
və benefisiarların əl işləri qonaqlara hədiyyə olaraq təqdim edilmişdir.
Yorumlar
Yorum Gönder