Kayıtlar

Sosial Sahibkarlıq Seminarı

Resim
9-11 iyul tarixində Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının təşəbbüsü GİZ Beynəlxalq Alman təşkilatının dəstəyi ilə Park İnn otelində “Sosial Sahibkarlıq” üzrə seminar təşkil olunub. 20 iştirakçının qatıldığı seminar, Almaniyadan gələn peşekar təlimçi Sönke Burkert tərəfindən verildi. Təlimin əsas məqsədi, sosial sahibkarlığın   quruluşu, sosial sahibkarlığın qarşısında duran çətinliklər, digər sahibkarlıq subyektlərindən sosial sahibkarlığın fərqi barədə məlumatlılığı təmin etməkdir. 3 gün davam edən təlim nəticəsində iştirakçılar, Dayanıqlı İnkişaf Məqsədləri (DİM), Sosial sahibkarlıq, Kanvas biznes modeli kimi mövzular haqqında məlumatlar verildi. Seminarın sonunda iştirakçılar sertifikat ilə təltif olundular.

AQSİA səhər yeməyi

Resim
13 iyun  tarixində Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının təşkilatçılığı ilə səhər yeməyi baş tutdu. Yeməkdə assosiasiyanın bir çox tanınmış məşhur simaları, üzvləri və yeni qatılacaq üzvlər iştirak etdi. Yeməkdən sonra açılış danışığını edən, Səkinə Babayeva, hamını bir arada görməkdən məmnun olduğunu bildirdi. Sözlərinə “Güc Qadın Birliyindədir” deyərək davam edən S. Babayeva, kişiləri hər zaman yanımızda, arxamızda görürük, ama unutmayaq ki, o kişiləri də məhz bizlər dünyaya gətirmişik dedi. Qadınların hər sahədə uğurlu ola biləcəyini vurğulayan S. Babayeva, yorulmadan çalımağa davam etməli olduqlarını bildirdi. Sonda İsə assosiasiya haqqında məlumat verərək fəaliyyətlərindən bəhs etdi. Yeməyə qatılan fəxri üzvlərdən, ilk Bakı Beynəlxalq Qadın Klubunun üzvü Gülsənəm Fatıyeva, assosiasiyaya uğurlar arzulayaraq, üzvlər ilə bir arada olmaqdan məmnunluğunu dilə gətirdi. Daha sonra isə gələn qonaqlar özləri haqqında məlumat verərək assosiasiyaya mütlə

Marketingin İdarə Olunması

Resim
25 may tarixində, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası tərəfindən xanımlar üçün ödənişsiz marketing təlimi təşkil olundu. 25 nəfərin iştirak etdiyi təlim, Media Marketing şirkətinin nümayəndəsi Alxan Xələfov tərəfindən keçirildi. Təlimdə iştirkçılara marketing,  swo t analizi, qiymət siyasəti, brendinq, strategiya, reklam və internet marketing haqqında məlumatlar verildi. Təlimin sonunda hər bir iştirakçıya sertifikat təqdim olundu. Qeyd edək ki, təlimin baş tutması üçün bizə dəstək olan, Ulduz Şokolad Fabriki, Xonça Şirniyyat Evi və Adeste groupa təşəkkür edirik.

“Karvan L Eko” MMC Ağstafa rayonunda yerləşən istixanasında Azərbaycanda ilk dəfə qara pomidor yetişdirməyə başlayıb.

Hazırda şirkət pomidorun “Mont” və “Pink Paradise” sortlarını yetişdirir.  Qara rəngi ilə seçilən pomidor kateqoriyasina aid olan “Mont” sortu özünəməxsus dadı ilə bütün dünyada məşhurdur. Qara pomidorda şəkərin miqdarı yüksək olub, dad keyfiyyəti şəkər-turşu nisbətində harmoniya təşkil edir. Yuxarıda qeyd edilən müsbət xüsusiyyətlərinə əlavə olaraq, antosianlar immun sisteminin fəaliyyətini sürətləndirir, qan damarlarını gücləndirir və bədəndəki şişkinlikləri azaldır. Şirkət qara pomidorun 1 kiloqramını 5 manata təklif edir. “Karvan L Eko” MMC- nin Ağstafa rayonunda yerləşən istixanasında becərilən məhsullar orqanik şəraitdə və bu sahədə qəbul olunmuş qaydalar əsasında yetişdirilir. Əkin üçün seçilmiş torpaqlar şirkətin laboratoriyasında analiz edilir və tam aqrokimyəvi göstəricilərə uyğundur. Yetişdirilən məhsullar dağ suyu ilə suvarılır. Bitkiləri tozlandırmaq üçün arılardan istifadə olunur. Bitkilərin qidalı mühitdə yetişməsi üçün torpaq davamlı olaraq təbii gübrələrlə

Azərbaycan Sahibkarlar Konfederasiyasının dəstəyilə mayın 20-də “Fairmont Baku” mehmanxanasında “Məhkəmə-hüquq islahatlarının əsas istiqamətlərinin sahibkarlarla ictimai müzakirəsi” mövzusunda tədbir keçirilib.

Resim
Müzakirələrdə Azərbaycanın birinci vitse-prezidentinin köməkçisi Gündüz Kərimov, Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin sektor müdiri Vüsal İsayev, Ali Məhkəmənin səlahiyyətli şəxsləri,  Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva  və sahibkarlar iştirak ediblər. Tədbiri giriş nitqi ilə açan Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev bildirib ki, “Məhkəmə hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 3 aprel 2019-cu il tarixli Fərmanı Azərbaycanın məhkəmə hüquq sistemində islahatların dərinləşdirilməsi məqsədi daşıyır. Çünki islahatlar davam edir və yeni iqtisadi formasiyaya keçid bu islahatların daha dərin aparılmasını zəruri edir. “Xatırladım ki, Azərbaycanda hüquqi dövlət quruculuğu Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəldiyi ilk illərdən başlayıb və 1995-ci il 1

“Dayanıqlı İnkişaf Məqsədlərinin icrasında özəl şirkətlərin rolu” mövzusunda tədbir keçirilib

Resim
Mayın 15-də Azərbaycan Respublikası Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası, İqtisadiyyat Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Azərbaycandakı Nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Dayanıqlı İnkişaf Məqsədlərinin icrasında özəl şirkətlərin rolu” mövzusunda tədbir keçirilib. Tədbirdə çıxış edən Baş Nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov “Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyi”ndən irəli gələn məqsədlər və Azərbaycanın DİM-lərə nail olunması istiqamətində gördüyü işlər barədə məlumat verib, ölkəmizdə Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradıldığını, Şura çərçivəsində aidiyyəti qurumların fəaliyyətinin əlaqələndirildiyini, Azərbaycanın inkişaf prioritetlərinin DİM-lərə uyğunlaşdırıldığını və ölkəmizdə həyata keçirilən dövlət proqramları və digər sənədlərdə DİM-lərin nəzərə alındığını qeyd edib. Baş Nazirin müavini Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində dövlət-

Azərbaycanda qadınlar arasında kənd turizmin inkişafı layihəsi həyata keçiriləcək

Resim
“Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) Gəncə, Gədəbəy və Tovuzda qadınlar arasında kənd turizmin inkişafı ilə bağlı layihə həyata keçirəcək”. Bu barədə AQSİA-nın İdarə Heyətinin sədri  Səkinə Babayeva  bildirib. Onun sözlərinə görə, onlara maliyyə dəstəyi veriləcək və bu istiqamətdə bir sıra təşkilatlarla danışıqlar aparılır: “Belə ki, layihə çərçivəsində təlim, infoturlar və digər işlər həyata keçiriləcək”. “Layihəyə mayın 15-dən sonra başlanılması nəzərdə tutulur”, - S.Babayeva vurğulayıb. Xatırladaq ki, bir müddət əvvəl Səkinə Babayeva bildirmişdi ki, sərhədyanı rayonlarda yaşayan qadınlara dəstək layihəsi çərçivəsində Tovuzda fəaliyyət göstərən qadın sahibkarlar üçün seminarlar təşkil olunacaq və onlara avadanlıqların alınmasında kömək göstəriləcək.