Şahidlərin ağrılı-acılı xatirələrində Xocalı soyqırımı

Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Qadın Sahibkarlığının İnkişafi Assosiasiyasının (AQSİA) təşkilatçılığı ilə Bakı Tədris və İnkişaf Mərkəzində dəhşətli faciənin iştirakı ilə tədbir keçirilib. Bunu AQSİA-nın Sosial İş Komissiyasının rəhbəri Gülnarə Xəlilova deyib. Xocalı soyqırımının qurbanları bir dəqiqəlik sükutla yad edilib. Möcüzəvi şəkildə ölümdən xilas olan Xocalı şahidləri Ceyran Əzizova və Fiqurə Rüstəmova yaşadıqları bütün dəhşətlər barədə danışıblar. Xocalı əvvəlcə dörd tərəfdən erməni qoşunları tərəfindən mühasirəyə alınıb, bundan sonra şəhər artilleriya və ağır hərbi texnikadan güclü və amansız atəşə tutulub, şəhərdə qısa müddət ərzində yanğın baş verib, şəhər tamamilə alova bürünüb. Xocalı bir gecəyə yerlə-yeksan edilib. Məqsədləri ancaq dinc əhaliyə qarşı qırğın törətmək olan erməni silahlıları heç nə qarşısında dayanmayıblar. Şəhəri tərk etmək məcburiyyətində qalan yerli sakinlər dağ və meşələrə qaçıblar. Silahlanmış ermənilər hər yerd...