8 mart beynəlxalq qadınlar gününə həsr olunan tədbir keçirilib
Bakı Biznes Mərkəzində (BBM) Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosasiyasının (AQSİA) dəstəyi ilə 8 mart beynəlxalq qadınlar gününə həsr olunan tədbir keçirilib. Tədbirdə giriş sözü ilə çıxış edən Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosasiyasının idarə heyətinin sədri Səkinə Babayeva mötəbər gün münasibəti ilə Azərbaycan xanımlarını təbrik edib. Ölkəmizdə qadın sahibkarlığının inkişafına dövlət dəstəyindən danışan AQSİA sədri dövlət başçısı cənab İlham Əliyev və birinci vitse-prezident xanım Mehriban Əliyevaya diqqət və
qayğıya görə təşəkkürünü bildirib. Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət komitəsi, Respublika Sahibkarlar Təşkilatları milli konfederasiyası, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi rəsmilərinin və tərəfdaşların çıxışları dinlənilib. Tədbirin rəsmi hissəsindən sonra, bədii hissə start götürüb. Burada xalq artisti Fidan Hacıyevanın ifası dinlənilib, Azerbaycan Milli Geyim Merkezinin rehberi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, AQSİA-nin Sosial məsələlər komisiyasinin rəhbəri, modelyer-dizayner Gülnarə Xəlolovanın Milli geyim kolleksiyasi ve “Toxunuş” kolleksiyasinin numayişi olub. Daha sonra “xanımın zənbili” adlı auksion baş tutub. Viktorinanın qalibləri sənətkar qadınların əl işlərindən ibarət məhsullarla təltif edilib. Tədbirdə həmçinin “Azərbaycan Xalq Cumhuriyyəti-100 il. Azərbaycan qadınına seçki hüququnun verilməsi” forumunda iştirak edən xanımların mükafatlandırılma mərasimi baş tutub. Sonda 8 mart beynəlxalq qadınlar günü münasibətilə tort kəsilib.

Tədbirdə millət vəkili Qənirə Paşayeva da iştirak edib və həmin gün doğum gününü qeyd edən deputata assosiasiyamız tərəfində gül təqdim edilib.
Qeyd: Tədbirdə tərəfdaş olduqları üçün, Azərbaycan Beynəlxalq Bankı, 166 Yük Taksisi, XONÇA şirniyyat evi və ULDUZ şokolad fabrikinə dərin təşəkkürlərimizi bildiririk.
Yorumlar
Yorum Gönder