Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasına dair konfrans

Dünən Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfrans keçirilib. Konfransda Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri eyni zamanda Bakı Tekstil Fabriki MMC-nin direktoru Səkinə Babayeva da iştirak edib. Prezident İlham Əliyev giriş nitqi zamanı bildirib ki, çətinliklərə baxmayaraq, 2016-cı ildə Azərbaycan iqtisadiyyatı inkişaf edib və bütün əsas vəzifələr icra olunub. İqtisadiyyatın əsas göstəriciləri müsbətdir. Dövlət başçısı əlavə edib ki, kənd təsərrüfatı 2,6 faiz, ölkənin qeyri-neft sənayesi isə 5 dəfə artıb. Dünyada neftin qiymətinin üç-dörd dəfə aşağı düşməsinə baxmayaraq, əvvəlki illərdə görülmüş işlər və keçən il aparılan dərin islahatlar nəticəsində bu inkişafı təmin etmək mümkün olub. Prezident İlham Əliyev bildirib ki, Neft Fondunun valyuta e...