6 Fevral 2019-cu il tarixində AQSİA ofisində Beynəlxalq Əlaqələr
Komissiyasının təşəbbüsü ilə KOBİA təşkilatının üzvü Emil Hüseyinlinin kiçik
sahibkar qadınlar ilə görüş keçirilib.
İlk öncə Azərbaycanda Qadın Sahibkarlığı İnkişafı Assosiasiyasının
idarə heyyətinin sədri Səkinə Babayeva assosiasianın fəaliyyəti barəsində məlumat
verdi.
Səkinə Babayeva əl işləri ilə bağlı işlər
görən xanımların birgə fəaliyyət göstərməsini və püxtələşmiş şirkətlərin bu
xanımlara kömək etməsini, sistemi öyrətməsini təklif etdi.
Eyni zamanda Səkinə xanım Rahilə
Mehdiyeva adının bir neçə lazımi yerlərə təklif edildiyini və 3000 AZN-ə yaxın
vəsait lazım olduğunu da bildirdi.
Emil Hüseyinli isə sahibkarlıqla məşğul
olmaq üçün hüquqi istiqamətdən baxılmalı olduğunu və dövlətin bu istiqamətdə hərhansı
maliyyə vəsaiti ayırmaq mövzusunun qanunvericilikdə olmadığını bildirdi.
Bununla birlikdə sahibkarların idealarının müəllif hüquqlarını təsdiqləyən sənəd
almasını da bildirdi.
Yeni yaradılacaq portal ilə bağlı Səkinə
Babayeva tərəfindən məlumat verildi ki, bu portala 300 qadın qoşulacaq. ABAD-ın
iş prinsipləri də izah edildi.
Daha sonra xanımlara söz verildi. Hər 3
xanıma biznes planın yazılmasının əhəmiyyəti izah edildi.
Sonda Səkinə Babayeva KOBİA-a və gələn
üzvlərə təşəkkürünü bildirərək görüşü bitrdi.
Yorumlar
Yorum Gönder