Qida Təhlükəsizlik İdarəetmə Sistemi


Qida Təhlükəsizliyi İdarəetmə Sistemi (ISO 22000) əsasları haqqında təlim keçirilib.

1 fevral 2019-cu il tarixində Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası ilə İBE Consulting şirkəti arasında əməkdaşlıq çərçivəsində Qida Təhlükəsizliyi İdarəetmə Sistemi (ISO 22000) əsasları üzrə təlim keçirilib. IBE Consulting təsis olunduğu gündən bəri məsləhət və təlim sahəsində beynəlxalq standartlara cavab verən professional xidmət göstərir.

Təlimi giriş sözü ilə AQSİA idarə heyətinin sədri Səkinə Babayeva açıb. O, son dövrlər qida təhlükəsizliyi sahəsinə artan dövlət diqqətindən bəhs edib  və  bu sahədə inkişafın əldə olunması üçün belə təlimlərin vacibliyini vurğulayıb. 

Daha sonra çıxış edən ASQİA Aqrar Kommisiyanın sədri Rəna Qəfərova HASSP Planları: Qida Təhlükəsizliyi Sistemini daxili auditlərlə idarə etmə yolları haqqında danışıb. 

Təlimin məruzəçisi isə Avropa Keyfiyyət Assosasiyasının baş məsləhətçisi, fəlsəfə elmləri doktoru (PhD), IBE Consulting şirkətinin direktoru Səadət Bünyatova olub. O, iştirakçılara Qida təhlükəsizliyi üzrə Beynəlxalq Standartların icmalı, ISO 22000 standartları seriyası və anlayışlar haqqında məlumat verib. Təlimin ikinci hissəsində isə daha spesifik  PDCA sikli Qida təhlükəsizliyi üzrə standartının tətbiq edilməsi üçün lazım olan resurslar mövzusunda çıxış edib.

Təlimdə həmçinin, ISO 22000- 2018 standartlarının tələbləri haqqında geniş məlumat verilib. 

Qeyd edək ki, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA)  ölkədə fəaliyyət göstərən qadın sahibkarların təşəbbüsü, İqtisadiyyat Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) dəstəyi ilə ötən ilin oktyabr ayında təsis olu
















Yorumlar

Bu blogdaki popüler yayınlar

Sosial Sahibkarlıq Seminarı

Marketingin İdarə Olunması

AQSİA səhər yeməyi