Sahibkar xanımlar üçün təcrübə klinikası
Təhsil sahəsində ixtisaslaşan "Education HUB"ın təşkilatçılığı ilə ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə baş tutan “Sosial Sahibrkarlıq Laboratoriyası” proqramı çərçivəsində 2 fevral 2019-cu ildə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasında (AQSİA) təcrübə klinikası təşkil olunub. Təcrübə proqramında Bərdə, Mingəçevir, Ağdam və Yevlaxdan olan 15 gənc qadın AQSİA-nın fəaliyyəti, respublikamızda qadın sahikbarlar üçün yaradılmış imkanlar, qadınların təşkilatma məsələləri müzakirə olunub.
AQSİA-nın rəhbəri Səkinə Babayeva və Assosiyasının komissiya rəhbərləri: Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri Gülnarə Xəlilova , “Organic Life” şirkətinin təsisiçisi Günay Səfərova, “Karvan –L” MMC-nin icraçı direktoru Rəna Qəfərova öz biznes hekayələrini və fəaliyyətlərinin ilk illərində üzləşdikləri çətinliklər və onların həlli yolları barədə öz təcrübələrini paylaşıblar.
Görüşdə iştirak edən Ailə Biznesinə Asan Dəstək (ABAD) təşkilatının nümayəndəsi Turanə Hüseynova ABAD-ın ailə biznesinə dəstəyi haqda məlumat verib və regionlardakı sahibkar qadınların bu proseslərdə fəal iştirak etməyə çağırıb.
Yorumlar
Yorum Gönder