10 aprel-İnşaatçılar Günü münasibətilə bu gün Azərbaycanda ilk dəfə “Tikinti və Ekoloji Sağlam İnşaat Materialları Forumu” keçirilib.

10 aprel-İnşaatçılar Günü münasibətilə bu gün Azərbaycanda ilk dəfə “Tikinti və Ekoloji Sağlam İnşaat Materialları Forumu” keçirilib. Forum ekoloji sağlam #MrFix inşaat materiallarının baş sponsorluğu, Azərbaycan Memarlıq və İnşaat Universiteti (#AzMIU), Azərbaycanda Qadın Sahibkarlığının




İnkişafı Asossiasiyasının (#AQSIA) dəstəyi və #PROAKTİV PR Agentliyinin təşkilatçılığı ilə həyata keçirilib. 

Layihənin məqsədi tikintidə, xüsusən sağlam həyat tərzində ekoloji sağlam inşaat materiallarının önəmini vurğulamaq, cəmiyyəti bu sahədə zəruri praktiki biliklərlə məlumatlandırmaq, keyfiyyətli inşaat materialları istehsalçıları ilə bu sahədə təhsil alan tələbələr və potensial istehlakçı auditoriyası arasında körpü rolu oynayacaq yeni platformanın yaradılmasıdır.

Forumda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirliyinin rəsmi nümayəndələri, Azərbaycan Memarlıq və İnşaat Universitetinin professorları, inşaat materialları istehsalçıları, tikinti şirkətləri nümayəndələri, eləcə də bu sahədə akademik təhsil alan magistr və doktorantlar iştirak edib.

 AzMİU-nun Ekologiya kafedrasının müdiri, Beynəlxalq Ekoenergetika Akademiyasının prezidenti, professor Fəqan Əliyevin Azərbaycanda memarlıq və inşaatın ətraf mühitə təsiri haqda yerli və beynəlxalq təcrübəni praktiki nümunələr əsasında çıxışı, AzMİU-nun Materialşünasılıq kafedrasının müdiri, professor İradə Şirinzadənin ekoloji sağlam inşaat materiallarının tikintidə və insan həyatında önəmi haqda çıxışı, AzMİU-nun Mühəndis sistemləri və qurğularının tikintisi kafedrasının müdiri, professor Nurməmməd Məmmədovun binalarda enerji effektivliyi və ekologiya problemləri mövzusunda çıxışı auditoriya tərəfindən maraqla qarşılanıb. 

Yorumlar

Bu blogdaki popüler yayınlar

"Agro Mall” ticarət mərkəzində iş yarmarkası

Qadınlarının əl işlərinin sərgisi və satışı

Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Asossasiyası İctimai Birliyi (ANİİA) və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) arasında əməkdaşlıq haqqında Anlaşma Memorandum