“Agro Mall” ticarət mərkəzində iş yarmarkası

Gənclərin Həmrəyliyinə Dəstək İctimai Birliyinin “Young Card” layihəsi çərçivəsində gənclərin turizm sənayesində məşğulluq probleminin aradan qaldırılması məqsədi ilə 12 – 13 aprel tarixlərində “Agro Mall” ticarət mərkəzində iş yarmarkası təşkil ediləcək.
Tədbirə saat 10:00 – dan 17:00 – kimi yarmarka, 17:00 dan – 19:00 – a kimi isə əyləncəli şou proqram daxildir.
Şou proqramda canlı musiqi, idman nümayişi, hədiyyəli əyləncəli oyunlar, yarışmalar və digər maraqlı konkurslar yer alır.
Yarmarkada turizm şirkətləri, otellər, restoranlar, dəniz kənarı əyləncə mərkəzləri, klinikalar, sığorta şirkətləri, banklar və s. içtirak edə bilər.
İştirak etmək istəyənlər 11 aprel saat 20:00 qədər qeydiyyatdan keçmələri xahiş olunur.
Tel/wp: (050) 442 20 07 zəng edə və ya yaza bilərsiniz.
Ünvan: “Agro Mall” ticarət mərkəzi.

Yorumlar

Bu blogdaki popüler yayınlar

"Agro Mall” ticarət mərkəzində iş yarmarkası

Turizm və Otelçilik