"Agro Mall” ticarət mərkəzində iş yarmarkası
Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının təşkilatçılığı ilə Gənclərin Həmrəyliyinə Dəstək İctimai Birliyinin “Young Card” layihəsi çərçivəsində gənclərin turizm sənayesində məşğulluq probleminin aradan qaldırılması məqsədi ilə 12-13 aprel tarixində “Agro Mall” ticarət mərkəzində iş yarmarkası təşkil olunub. Yarmarka 2 gün boyunca saat 10:00 – dan 17:00 – kimi davam edib.
Yarmarka böyük marağa səbəb olub. Belə ki, Azərbaycan Sahibkarlar Konfederasiyası, tekstil sahəsindən Bakı Tekstil Fabriki MMC, kiçik əl işləri ilə məşğul olan sənətkarlar, bir çox turzim şirkətlərinin nümayəndələri və rəhbərlikləri, hüquq və konsaltinq şirkətləri sərgidə iştirak edib.
İş üçün müraciət edən şəxslərin sualları cavablardırılıb və gələcəkdə onların işlə təmin olunması və təcrübə programları üçün geniş fürsətlər yaradılıb.

Yorumlar
Yorum Gönder