“AITF 2019”

Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının Beynəlxalq Əlaqələr Komisyasının rəhbəri , "Naigin K Tovuz Baltiya" MMC nin İcraçı direktoru, Azərbaycan Fransa Ticarət Palatasının üzvü Günel Məmmədhəsənova ATIf teşkil etdiyi Beynəlxalq Turizm sərgisində Milli məhsullarımızı və assosiasiyamızı təmsil edib.

6 aprel tarixində Bakı Ekspo Mərkəzində 18-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər “AITF 2019” sərgisi öz işinə yekun vurdu. Ənənəvi olaraq, sərgi bu il də müxtəlif ölkələrin turizm nümayəndələrini, milli və regional turizm təşkilatlarını, eləcə də dövlət strukturlarını bir arada topladı. “Bütün dünya - Bir sərgi” şüarı ilə keçirilən “AITF” sərgisi dünyanın 17 ölkəsini təmsil edən 140 şirkət və təşkilatı bir araya gətirdi.

Bu il turoperator-ölkələrin birgə stendləri sərginin mühüm əlamətinə çevrilib. Belarus, Bolqarıstan, Gürcüstan, Dominikan Respublikası, İtaliya, Çin, Mərakeş, Tailand, Türkiyə, Çexiya Respublikası və Sloveniyanın milli stendləri böyük diqqətə səbəb olub.

“AITF 2019” sərgisi Azərbaycanın cəlbedici turizm marşrutu kimi təqdim olunmasında böyük rol oynayır. Bu il tədbirdə debüt edən Azərbaycan Turizm Bürosu (ATB) öz stendində Azərbaycanın yenilənmiş turizm brendini təqdim edib. Öz stendində Azərbaycanın turizm şirkətlərini, habelə otel və sanatoriyalarını bir araya gətirmiş Azərbaycan Turizm Assosiasiyasının (AzTA) ekspozisiyası isə Azərbaycan və xarici ölkələrdə turizm üzrə geniş təkliflər çeşidini təklif edib.

Ötən illərdə olduğu kimi, bu il də sərgidə təhsil turizmi, idman turizmi, turizm sahəsində informasiya texnologiyaları, eləcə də ovçuluq və balıqçılıq sahələri ziyarətçilərə təqdim edilib. Bolqarıstan, Belarus Respublikası, Rusiya (Stavropol diyarı), Sloveniya (Roqaşka Stalina), Çex Respublikası və digər ölkələrin sanatoriya və sağlamlıq mərkəzlərini bir araya gətirmiş “Tibbi və Sağlamlıq Turizmi” sektoru müstəsna populyarlıq qazanıb. Gediş turizmi nümayəndələrinin üstünlük təşkil etdikləri bir çox sərgi ziyarətçisi bu sektorun təşkilini yüksək qiymətləndirib.

Sərginin işgüzar proqramına görüşlər, seminarlar, təqdimatlar və “MICE” sənayesinin ən cəlbedici istiqamətləri daxil olub. Azərbaycanda Amerika Ticarət Palatasının (AMCHAM) təşkilati dəstəyi ilə keçirilən “Azərbaycanda turizm: Yeni üfüqlər” adlı diskussiya sessiyası isə bu müsbət təmayülləri yaxından əks etdirib.

“B2B” formatlı görüşlər zamanı turizm və istirahət sahəsində tərəfdaş axtarışında olan yerli turizm şirkətləri xarici sərgi iştirakçıları ilə görüşüb. Təşkilatçıların yeni layihəsi -“Səyyahlar ilə dünya turu” çərçivəsində tanınmış səyahət-bloqerləri öz səyahət təcrübələrini və əyləncəli xatirələrini bölüşüblər. Həmçinin tədbirdə yer kürəsinin müxtəlif guşələrində çəkilmiş fotoşəkillərdən ibarət sərgi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, 2019-cu il Azərbaycanda “Nəsimi ili” elan edilib və bu münasibət ilə sərgidə “Libraff” kitab mağazaları şəbəkəsinin iştirakı və “994FM” layihəsinin dəstəyi ilə təşkil “Tarixə və Nəsimi yaradıcılığına səyahət” adlı layihə keçirilib.

Sərginin sonuncu iş günü Bakı Ekspo Mərkəzinin foyesində sərginin ziyarətçiləri və iştirakçılar üçün “Səyahətlər festivalı” təşkil edilib. Xarici iştirakçılara təqdim olunan rəqs və mədəni-bədii səhnəciklər sərginin sonuncu iş gününü parlaq təəssüratlar və xoş əhval-ruhiyyə ilə zəngin edib.

“AITF” sərgisi Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin və Azərbaycan Turizm Bürosunun (ATB) fəal dəstəyi və iştirakı ilə keçirilib. Sərgi həmçinin Azərbaycan Turizm Assosiasiyası (AzTA), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən dəstəklənir. Sərginin təşkilatçısı qismində “Iteca Caspian” şirkəti çıxış edir.








Yorumlar

Bu blogdaki popüler yayınlar

"Agro Mall” ticarət mərkəzində iş yarmarkası

Turizm və Otelçilik