“Azərbaycan Turizm Forumu”


20 aprel Qəbələ Konqress mərkəzində, Tourism Lab. MMC-nin təşkilatçılığı ilə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) da  iştirak edəcəyi “Azərbaycan Turizm Formu” keçiriləcək.

AQSİA  üzvlərindən 10 nəfər əlilliyi olan sənətkarların da iştirak edəcəyi forumda, sənətkarların əl işlərinin satış sərgisi təşkil olunacaq.

Forumda bir çox sahənin mütəxəssisləri çıxış edəcək. Spikerlər arasında, Spektr Travelin direktoru Göydəniz Qəhrəmanov, HRS-in Regional Direktoru Orxan İsayev, Digital Sharks direktoru və təsisçisi Denis Xripunov, İngilis Dili Üzrə Distant Təhsil İngilis Dili Müəllimi Rivka Xripunova, Chenot Palace Health Wellness Hotel Baş Meneceri Daniel Bukhard, Winter Park Hotek Baku Satış Və Marketinq Şöbəsinin Direktoru Azər Məmmədzadə, Digital Mütəxəssis Niyazi Qasımov, Tufandag Winter-Summer Tourism Holiday Complex Tufandağ Resort Otelinin Baş Direktoru Şəbnəm Fərman, Gilan Holding Satınalma Üzrə Direktor Seymur Haciyev yer alır.

Qeyd edək ki, forum iki hissədən ibarət olacaq. Çıxışlardan əlavə turizmin inkişafı ilə bağlı mövzular müzakirə olunacaq və təkliflər irəli sürüləcək.

Yorumlar

Bu blogdaki popüler yayınlar

"Agro Mall” ticarət mərkəzində iş yarmarkası

Turizm və Otelçilik