Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının Beynəlxalq Əlaqələr komissiyasının rəhbəri Günel Məmmədhəsənova "WE2019" müsabiqəsinin qalibi oldu.

#WE2019 xanım sahibkarlar üçün müsabiqə”-nin qalibləri olmuş “İlin təşəbbüskar sahibkar xanımı” - Həvva Səfərova, “İlin təhsil üzrə sahibkar xanımı” - Elvira Bağırova, “Milli brendi təmsil edən ilin sahibkar xanımı” -  Günel Məmmədhəsənova Türkiyənin İstanbul şəhərinə olan işgüzar səfərlərini yekunlaşdırıb.


3 sahibkar xanım “Youth Inc.” Sahibkarlıq Proqramının təşkilatçılığı ilə İstanbul şəhərində 12-13 Aprel tarixlərində baş tutan “Hosting Talk” tədbirində iştirak ediblər. Müsabiqənin yekununda mükafat olaraq təqdim edilmiş sözügedən işgüzar tədbir Türkiyə və digər ölkələrlə yeni əməkdaşlıqların əldə ediləcəyi, təcrübə və fikir mübadilələrinin, sektorlar üzrə qazanılmış təcrübələrin bölüşülməsi üçün nəzərdə tutulub. Tədbirdə Microsoft, Red Hat, NGN, Kloia, GoDaddy, StorPool, UzmanPosta kimi bir çox xarici şirkətlərin nümayəndələri ilə panel müzakirələri aparılıb. Xanımlar işgüzar səfərdə qazandıqları təcrübələri ölkəmizdə fəaliyyət göstərən öz bizneslərində tətbiq etməyi hədəfləyib.
Nəzərinizə çatdıraq ki, “Youth Inc.” Sahibkarlıq Proqramı tərəfindən həyata keçirilmiş “#WE2019 xanım sahibkarlar üçün müsabiqə” 2019-cu ilin Yanvar-Mart aylarını əhatə edərək Respublika üzrə 161 xanım sahibkarın müraciəti arasında 5 fərqli nominasiya ilə “İlin sahibkar xanım”-larını müəyyən edib.
Müsabiqə “Youth Inc.” Sahibkarlıq Proqramının təşkilatçılığı, Azər Türk Bank ASC-nin əsas dəstəyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dövlət tərəfdaşlığı, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosasiyası (AQSİA), “WoWoman Azerbaijan” təşkilatlarının, ADİU-da fəaliyyət göstərən Yunus Sosial Biznes Mərkəzi  və “INNOLAND” İnkubasiya Mərkəzinin tərəfdaşlığı ilə həyata keçirilib.


Komissiya rəhbərimizi bu münasibətlə təbrik edirik, bu uğur hamımızındır !

Yorumlar

Bu blogdaki popüler yayınlar

"Agro Mall” ticarət mərkəzində iş yarmarkası

Turizm və Otelçilik