"İş qadınları arasında kulinariya müsabiqəsi"
"İş qadınları
arasında kulinariya müsabiqəsi" adlı layihəsi baş tutub.
9 Aprel, 2019 – cu
il tarixində Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Mərkəzində Almaniyanın
MKN (Maschinenfabrik Kurt Neubauer) Şirkəti və Azərbaycanda
Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının birgə təşkilatçılığı ilə "İş
qadınları arasında kulinariya müsabiqəsi” adlı layihəsi keçirilib.
Layihənin əsas məqsədi
- iş qadınlarının mətbəxdə də necə güclü potensiala malik olduqlarını göstərmək olub.
Layihədən öncə, MKN (Maschinenfabrik Kurt Neubauer), peşəkar təmizlik
və gigiyena məhsullarının istehsalı və satışı ilə məşğul olan "Hazar
Industry Azerbaijan" (SR Chemicals) şirkəti, Turizm və Sosial Xidmətlər
üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, 5 nömrəli Bakı Peşə Liseyi arasında tədris
məqsədlərində istifadəsi və gələcəkdə peşəkar mətbəx avadanlığı və istehsalat mətbəxində
gigiyenanın təmin edilməsi mövzusunda təqdimatların, seminarların və metodiki dərslərin
keçirilməsi üçün MKN şirkətinin peşəkar sənaye avadanlığının verilməsinə dair
memorandum imzalanıb.
Müsabiqə üç komandanın iştrakı ilə 5
nömrəli Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Liseyində baş tutub və hər 3 komandanın əl işləri bəyənilib.
Bu ixtisas üzrə
hazırlanan gələcək kadrların peşəkar avadanlıqlarla işləmə bacarıqlarının
olması onlar üçün böyük avantaj olacaq.
Qeyd edək ki, 10-13 iyul tarixində layihənin davamı olaacqdır.
Yorumlar
Yorum Gönder