Xocalı məktəbinin şagirdləri üçün xeyriyyə aksiyası keçirilib

Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) təşkilatçılığı ilə Bakının Pirşağı qəsəbəsində müvəqqəti yerləşən Xocalı şəhər 2 saylı orta məktəbin şagirdləri üçün xeyriyyə aksiyası keçirilib. Bu barədə AQSİA-nın sosial iş komissiyasının rəhbəri Gülnarə Xəlilova məlumat verib.
Tədbirdə AQSİA-nın idarəetmə şurasının sədri Səkinə Babayeva, Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri Gülnarə Xəlilova, Milli Məclisin deputatları Adil Əliyev, Elman Məmmədov və Flora Qasımova, məktəbin direktoru Fiqurə Rüstəmova, iş adamı Əli Hənifəyev, yazıçı Arzu Soltan qeyd ediblər ki, dövlət qaçqın və məcburi köçkünlərə böyük diqqət və qayğı göstərir, böyüyən nəslin inkişafı üçün hər cür şərait yaradır. Bildirilib ki, cəmiyyətdə xeyriyyəçilik təkcə təmənnasız köməyin aktual və geniş təzahürünə deyil, həm də hər bir insanın daxili tələbatına çevrilib.
Uşaqlara hədiyyələr verilib. Əməkdar artist Tünzalə Ağayeva və müğənni Samirə Əfəndiyevanın konsert proqramı təqdim olunub, nağıl qəhrəmanları ilə bağlı səhnəciklər göstərilib.
Qonaqlar, həmçinin məktəbin tədris şəraiti ilə tanış olub, şagirdlərlə söhbət ediblər.








Yorumlar

Bu blogdaki popüler yayınlar

Sosial Sahibkarlıq Seminarı

Marketingin İdarə Olunması